spot_img
17 июня, 2026
ДомойSoftwareИгрыEA oyunlara reklam yerləşdirmək üçün yeni platforma təqdim etdi

EA oyunlara reklam yerləşdirmək üçün yeni platforma təqdim etdi

Oyun sənayesində monetizasiya üsulları genişlənməyə davam edir. Bu dəfə Electronic Arts (EA) şirkəti oyunlara reklam inteqrasiyası üçün xüsusi platforma təqdim edib.

Yeni EA Advertising xidməti reklamverənlərə oyunlar satışa çıxdıqdan sonra belə onların daxilinə müxtəlif reklam elementləri yerləşdirməyə imkan verəcək. Şirkətin sözlərinə görə, bu yanaşma həm brendlər, həm də oyun tərtibatçıları üçün yeni imkanlar yaradacaq.

EA Advertising platforması Frostbite oyun mühərriki üçün hazırlanmış xüsusi alətlər dəsti ilə təchiz olunub. Bu alətlər vasitəsilə şirkətlər:

  • Brendə uyğun oyun tapşırıqları (challenge) yarada;
  • Xüsusi mükafatlar təqdim edə;
  • Brendli məzmun və tədbirlər təşkil edə;
  • Hesab cədvəllərinin və interfeysin dizaynını fərdiləşdirə biləcəklər.

Bundan əlavə, reklam tərəfdaşları istifadəçilərin reklamlarla qarşılıqlı əlaqəsinə dair geniş statistik məlumatlar əldə edəcəklər. Bu isə kampaniyaların real vaxt rejimində dəyişdirilməsinə və optimallaşdırılmasına imkan verəcək.

Şirkət nümayəndələri bildirirlər ki, yeni reklam modeli oyun prosesinə müdaxilə etməyəcək və istifadəçilərin təcrübəsini pisləşdirməyəcək. EA buna misal olaraq son dövrlərdə həyata keçirdiyi əməkdaşlıqları göstərib. Şirkətin məlumatına görə, Red Bull, Mountain Dew, Visa və digər tanınmış brendlərlə keçirilən kampaniyalar oyunçular tərəfindən müsbət qarşılanıb və ciddi narazılıq yaratmayıb.

EA-nın müştəri əlaqələri üzrə direktoru David Tinson bildirib ki, məqsəd reklamları oyunçular üçün əlavə yükə çevirmək deyil, onları oyun dünyasının təbii hissəsi kimi təqdim etməkdir.

Şirkət hələlik hansı oyunların yeni reklam platformasına qoşulacağını açıqlamayıb. Lakin VGC-nin məlumatına görə, EA Advertising əsasən EA Sports seriyasındakı oyunlarda, onlayn rejimə malik layihələrdə və daim yenilənən «live service» oyunlarında istifadə olunacaq.

Bu məqsədlə şirkət ayrıca EA Sports Partner Program proqramını da formalaşdıracaq.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,761ФанатыМне нравится
1,008ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -