ДомойSoftwareИгрыEpic Games Store-da iki oyun ödənişsiz oldu

Epic Games Store-da iki oyun ödənişsiz oldu

Epic Games Store-da növbəti həftəlik pulsuz oyun kampaniyası başlayıb. Bu dəfə oyunçular psixoloji qorxu janrında olan Bad Cheese və casusluq mövzusunda tapmacalarla zəngin Agent A: A Puzzle in Disguise oyunlarını ödənişsiz əldə edə bilərlər. Hər iki oyun istifadəçilərdən müsbət rəylər alıb. Kampaniya 22 oktyabr saat 19:00-dək Bakı vaxtı ilə davam edəcək.

2025-ci ildə çıxan Bad Cheese oyununun vizual üslubu 1920-ci illərin qaranlıq, qara-ağ animasiyalarından ilhamlanıb. İlk Disney cizgi filmlərini xatırladan retro üslubda hazırlanan oyunun baş qəhrəmanı balaca, insana bənzər siçandır. Anası evdə olmayanda o, həftəsonunu qeyri-adi davranışları ilə seçilən atası ilə keçirməli olur. Oyunçu bu müddətdə qorxulu hadisələrlə və sürreal atmosferlə üzləşir.

2019-cu ildə işıq üzü görən Agent A: A Puzzle in Disguise isə 1960-cı illərin casus filmlərindən, xüsusilə klassik Ceyms Bond ekran əsərlərindən ilhamlanıb. Parlaq rəngləri və retro-futuristik dizaynı ilə seçilən oyunda oyunçu Agent A adlı xüsusi agenti idarə edir. Onun tapşırığı təhlükəli casus Ruby La Rouge-un izinə düşmək və onu ələ keçirməkdir. Bunun üçün müxtəlif tapmacaları həll etmək, gizli ipuclarını tapmaq və ətrafı diqqətlə araşdırmaq lazımdır.

Gələn həftə Epic Games Store istifadəçilərinə Sker Ritual şuterini və piksel qrafikalı Home — A Unique Horror Adventure qorxu oyununu pulsuz təqdim edəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,703ФанатыМне нравится
1,005ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -