Steam platformasında oyunsevərlərin səbirsizliklə gözlədiyi «c» festivalı start götürüb. Tədbir çərçivəsində istifadəçilər hələ satışa çıxmamış yüzlərlə oyunun demo versiyalarını pulsuz sınaqdan keçirə, həmçinin müxtəlif beta-test proqramlarında iştirak edə bilərlər.
Steam-in ənənəvi endirim kampaniyalarından fərqli olaraq, Next Fest diqqəti artıq çıxmış oyunlara deyil, yaxın aylarda təqdim olunacaq yeni layihələrə yönəldir. Bu həm oyunçulara, həm də tərtibatçılara layihələrin potensialını qiymətləndirmək üçün əlavə imkan yaradır.
Festival çərçivəsində diqqət çəkən oyunlardan bəziləri:
- Mortal Shell II
- Dust Front
- Over the Hill
- SPRAWL Zero
- Trees Hate You
Tədbir iyunun 22-də başa çatacaq. Bundan dərhal sonra isə Steam istifadəçilərini platformanın ən böyük kampaniyalarından biri gözləyir. Yay endirimləri iyunun 25-də start götürəcək və minlərlə oyuna böyük endirimlər tətbiq olunacaq.








