spot_img
16 июня, 2026
ДомойSoftwareИгрыMicrosoft Xbox-u ayrıca şirkətə çevirməyi planlaşdırır

Microsoft Xbox-u ayrıca şirkətə çevirməyi planlaşdırır

Microsoft-un oyun biznesində ciddi struktur dəyişiklikləri hazırladığı iddia olunur. Məlumata görə, korporasiya gələcəkdə Xbox bölməsini əsas şirkətdən ayıraraq ayrıca törəmə müəssisəyə çevirməyi nəzərdən keçirir.

The Information nəşrinin öz mənbələrinə istinadən yaydığı xəbərə əsasən, Microsoft Xbox-un fəaliyyət modelini yenidən qurmaq və onun əsasında ayrıca biznes strukturu yaratmaq imkanlarını araşdırır. Bildirilir ki, son məqsəd Xbox-u müstəqil törəmə şirkətə çevirərək gələcəkdə birgə müəssisə modelinə keçmək ola bilər.

Bu planların həyata keçirilməsinə isə Xbox-un maliyyə göstəriciləri mane olur. Microsoft-un milyardlarla dollarlıq satınalma ilə Activision Blizzard şirkətini əldə etməsinə və məşhur Call of Duty franşizasını portfelinə qatmasına baxmayaraq, Xbox bölməsinin gəlirləri son beş ildə nəzərəçarpacaq dərəcədə azalıb.

Xbox-un yeni rəhbəri Asha Sharma şirkətin gəlirlərini artırmaq üçün əsas diqqəti ən böyük oyun markalarına yönəltmək niyyətindədir.

Mənbələrin sözlərinə görə, aşağıdakı franşizalar prioritet status alacaq:

  • The Elder Scrolls
  • Fallout
  • Halo

Bu layihələr üzərində çalışan studiyaların maliyyələşdirilməsinin artırılması və yeni oyunların daha tez-tez buraxılması planlaşdırılır.

The Information-un yaydığı məlumatları Windows Central-ın tanınmış redaktoru Jez Corden də təsdiqləyib. Onun sözlərinə görə, Microsoft həqiqətən də Xbox biznesinin strukturunu dəyişdirmək və yeni gəlir modelinə keçmək istiqamətində genişmiqyaslı yenidənqurma üzərində işləyir.

Bütün bu dəyişikliklər fonunda Xbox ekosistemində bir neçə mühüm layihə hazırlanır.

Onlardan biri bu yay təqdim olunacaq Halo: Campaign Evolved oyunudur. Layihənin 28 iyul tarixində satışa çıxacağı gözlənilir.

Bundan başqa The Elder Scrolls VI aktiv inkişaf mərhələsindədir, Fallout 5 isə hələ ilkin hazırlıq (pre-production) mərhələsindədir.

Hazırda Microsoft tərəfindən rəsmi açıqlama verilməsə də, yayılan məlumatlar təsdiqlənərsə, bu, Xbox tarixində ən böyük korporativ dəyişikliklərdən biri ola bilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,761ФанатыМне нравится
1,009ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -