spot_img
21 апреля, 2025
ДомойТехнологииАвтомобилиHUAWEI və SAIC-dən avtomobil sahəsində yeni addım: Shangjie adlı brend yaradıldı

HUAWEI və SAIC-dən avtomobil sahəsində yeni addım: Shangjie adlı brend yaradıldı

Shangjie brendi altında ilk elektromobilin bu payız satışa çıxarılması planlaşdırılır. Bu barədə Çində keçirilən xüsusi tədbirdə HUAWEI Consumer Business Group-un baş direktoru Riçard Yu məlumat verib. Onun sözlərinə görə, yeni brendin inkişafı üçün yüz milyonlarla dollar sərmayə qoyulub və layihəyə minlərlə mütəxəssis cəlb edilib.

Bildirildiyinə görə, Shangjie brendi fəaliyyətə 6 milyard yuan (təxminən 820 milyon ABŞ dolları) məbləğində sərmayə ilə başlayır və artıq 5000-dən çox əməkdaşı olan özünə məxsus komandasını formalaşdırıb. Gələcəkdə brendin eksklüziv zavodu olacaq, lakin hazırda SAIC-in qabaqcıl istehsal xətlərindən istifadə ediləcək.

Shangjie artıq HIMA alyansının beşinci brendinə çevrilib və Aito, Luxeed, Stelato və Maextro markalarına qoşulub. Hazırda HUAWEI və tərəfdaşları 7 müxtəlif elektromobil modeli təklif edirlər və Shangjie-nin yeni modeli bu seriyada ən əlçatan qiymətə sahib avtomobil olacaq.

Mediada yayılan məlumata görə, avtomobilin qiyməti təxminən 150 000 yuan (təxminən 20 000 ABŞ dolları) civarında olacaq. Yeni elektromobil SAIC Roewe-nin (ES39) platforması üzərində qurulacaq və əsasən gənc auditoriyaya yönəldiləcək.

Satışlar HIMA brendləri kimi eyni kanallar üzərindən həyata keçiriləcək. Hazırda Çin bazarı üçün nəzərdə tutulan modelin digər ölkələrdə satışa çıxarılması ilə bağlı məlumat yoxdur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,950ФанатыМне нравится
1,025ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -