ДомойТехнологииАвтомобилиTesla uçan Roadster-in təqdimat tarixini açıqladı

Tesla uçan Roadster-in təqdimat tarixini açıqladı

Tesla uzun illərdir gözlənilən ikinci nəsil Roadster hiperkarının təqdimat tarixini nəhayət açıqlayıb. Şirkət yeni modelin tizerini yayımlamaqla yanaşı, rəsmi saytında təqdimata qədər geri sayımı da başladıb.

Tizerdə qırmızı rəngli avtomobil kosmodromu xatırladan güclü şaquli işıqların altında göstərilir. Şəklin üzərində “Go for launch” yazısı və 10.01 tarixi qeyd olunub.

Sızan məlumatlara görə, yeni Roadster-in ən qeyri-adi xüsusiyyəti SpaceX ilə birgə hazırlanmış soyuq qazlı reaktiv mühərrik sistemi olacaq. İddialara əsasən, tədbirdə pilotsuz avtomobilin uzaqdan idarəetmə vasitəsilə yerdən qalxaraq havada asılı vəziyyətdə qalması nümayiş etdirilə bilər. Mühərriklərin yaratdığı səs-küyün isə çox yüksək olacağı bildirilir.

Tesla bu təqdimata artıq doqquz illik gözləntidən sonra hazırlaşır. Roadster-in prototipi ilk dəfə 2017-ci ilin noyabrında nümayiş etdirilmiş və istehsalın 2020-ci ildə başlanacağı vəd edilmişdi. Lakin İlon Mask sonrakı illərdə buraxılış tarixini ən azı səkkiz dəfə təxirə salıb. Son səhmdarlar toplantısında isə modelin istehsalına ən tez 2027 və ya 2028-ci illərdə başlanacağı bildirilib.

Uzunmüddətli gecikmələr bəzi müştəriləri də gözləməkdən bezdirib. 2017-ci ildə Roadster üçün 50 000–250 000 dollararasında depozit ödəyən alıcıların bir qismi artıq sifarişlərini ləğv edib.

Mütəxəssislər hesab edir ki, Tesla-nın nümayiş etdirəcəyi modelin kütləvi istehsal üçün nəzərdə tutulması çox da real görünmür. Uçan versiyanın ümumi istifadədə olan yollarda hərəkətinə icazə verilməyə bilər, qiyməti isə olduqca yüksək ola bilər. Bu səbəbdən avtomobil daha çox məhdud sayda müştəri üçün nəzərdə tutulan qapalı trek proqramının bir hissəsinə çevrilə bilər.

Ekspertlər təqdimatı həmçinin Tesla və SpaceX-in texnoloji əməkdaşlığını nümayiş etdirən böyük reklam şousu kimi qiymətləndirirlər. Bu isə iki şirkətin mümkün birləşməsi ilə bağlı son vaxtlar yayılan iddialar fonunda baş verir.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,720ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -