spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияTikTok Azərbaycanın aparıcı muzeyləri ilə "Muzeylər Gecəsi"nə start verir

TikTok Azərbaycanın aparıcı muzeyləri ilə «Muzeylər Gecəsi»nə start verir

Mayın 18-də qeyd olunan Beynəlxalq Muzeylər Günü ərəfəsində qısametrajlı videolara baxmaq və yaratmaq üçün aparıcı platforma olan TikTok Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ölkənin əsas muzeyləri ilə birlikdə “Muzeylər gecəsi” layihəsinə başlayır.

Layihə TikTok istifadəçilərinə mədəniyyət dünyasını yeni tərəfdən kəşf etməyə kömək etmək, eləcə də muzeylərə yeni auditoriya cəlb etmək üçün nəzərdə tutulub. Təşəbbüsdə 10 muzey, o cümlədən Azərbaycan Milli Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi və digərləri iştirak edir.

TikTok təkcə əyləncə platformasına deyil, həm də Azərbaycanda və dünyanın hər yerindən istifadəçilərin ətraf aləm haqqında yeni nəsə öyrənmək və üfüqlərini genişləndirmək üçün müraciət etdiyi məkana çevrilir. Beləliklə, məşhur qlobal həştəqlərdən biri #LearnOnTikTok oldu ki, dünyanın hər yerindən istifadəçilər artıq 34 milyondan çox maarifləndirici video yaradıblar. Məsələn, #Art ( “İncəsənət”) həştəqindən istifadə edərək yaradıcı xadimlər və rəssamlar öz əsərlərini paylaşırlar – incəsənət haqqında videoların sayı artıq 70 milyonu ötür. İspaniyada Prado Muzeyi @museodelprado, Versal Sarayı @chateauversailles və Fransada Orsay Muzeyi @museeorsay, İtaliyada Uffizi Qalereyası @uffizigalleries, ABŞ-da Metropolitan İncəsənət Muzeyi @metmuseum daxil olmaqla dünyanın aparıcı muzeyləri platformada fəal şəkildə inkişaf edir. TikTok-da qısa videolar və canlı yayımlar formatında muzeylər izləyiciləri ən yaxşı eksponatlarla tanış edir, məşhur əsərlərin yaradılmasının sirlərini açır və maraqlı faktları paylaşır.

Bu il TikTok Azərbaycandakı geniş auditoriyası üçün mədəniyyət və incəsənət dünyasına bələdçi oldu. Belə ki, ilin əvvəlində platforma Azərbaycanın 6 muzeyinin qoşulduğu #TikTokdanÖyrən maarifləndirici təşəbbüsü irəli sürdü və layihənin başlamasından cəmi iki ayında onların videoları artıq ümumilikdə 420.000-dən çox baxış toplayıb.

Bu gün TikTok “Muzeylər Gecəsi” kampaniyasına start verir, bu kampaniya çərçivəsində Azərbaycanın 10 aparıcı muzeyi mayın 17-dən 19-dək istifadəçilər üçün üç gün ərzində bir sıra canlı yayımlardan ibarət mədəni marafon keçirəcək. Azərbaycanın hər yerindən olan istifadəçilər evdən çıxmadan virtual ekskursiyalara qoşula, sənət dünyasına qərq ola və doğma ölkələrindəki muzeylərin eksponatları ilə daha çox tanış ola biləcəklər.

Yayımlara muzeylərin hər birinin hesabında, həmçinin TikTok canlı yayım hesabında @tiktoklive_cis baxmaq olar.

“Muzeylər Gecəsi”nin canlı yayımlarının cədvəli:

17 may

18:00 — Səməd Vurğunun Ev Muzeyi @samadvurgunmuseum

19:00 — Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi @musicmuseum.az

20:00 — Azərbaycan Milli Xalça Muzeyi @nationalcarpetmuseum

18 may

17:00 — Üzeyir Hacıbəylinin ev-muzeyi @uzeyirhacibeyli_evmuzeyi

18:00 — Səttar Bəhlulzadənin ev-muzeyi @settar_behlulzade_muzey

19:00 — Azərbaycan Milli İncəsənət Muzeyi @natalartmuseum.az

20:00 — Bülbülün Xatirə Muzeyi @bulbulmuseum

19 may

18:00 — Nəriman Nərimanovun ev-muzeyi @neriman.nerimanov.muzey

19:00 — Azərbaycan İstiqlal Muzeyi @muzeyistiqlal

20:00 — Milli Azərbaycan Tarixi Muzeyi @nmuseumhistoryazerbaijan

TikTok-da “Muzeylər Gecəsi” çərçivəsində canlı yayımlara qoşulun və Azərbaycanın mədəni irsi ilə maraqlı səyahətə çıxın!

TikTok haqqında

TikTok — qısa videoların hazırlanması üçün aparıcı tətbiqdir. Missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -