Yunanıstanın Techmaniacs nəşri Samsung-un yaxınlaşan qatlana bilən yeni məhsullarının satışın başlanğıcında əvvəlki nəsil modellərdən 100 dollar (Avropa regionunda 100 avro) baha olacağını bildirir. İnsayderlər cihazların qiymətindəki dəyişikliyi Galaxy AI-nin inteqrasiyası və daha bahalı Snapdragon 8 Gen 3 prosessoruna keçidlə izah edirlər.
Bundan əlavə, yeni məhsulların təqdimatı iki həftə gecikə bilər və yalnız iyulun 24-də baş tutacaq. Ehtimal ki, şirkət bunu Olimpiya Oyunlarının açılışına təsadüf edəcək.