Şəbəkədə 60 müasir smartfonun enerji yığmaq sürəti testlərinin nəticələri paylaşılıb. Rekorda Oppo R17 Pro imza atıb — 30 dəqiqəyə 92%. Smartfona 3700 mAh-lik SuperVOOC texnologiyalı batareya quraşdırılıb.
İkinci pillədə Honor Magic 2 qərarlaşıb. Cihaz 30 dəqiqəyə 83% yığa bilib. Smartfon 3500 mAh-lik batareya ilə təchiz edilib. Üç və dördüncü yerlərdə Meizu Pro 7 və Oppo R11 qərarlaşıb — 66%. Qeyd etmək lazımdır ki, Meizu-da 3500 mAh, Oppo-da isə 3000 mAh-lik batareya quraşdırılıb. Ümumi reytinqdə növbəti sıralarda Vivo X21, Charm Blue S6, OnePlus 5T, Nut Pro 2, Huawei Mate 10 kimi smartfonlar yer alıb.
Xiaomi şirkətinin yalnız bir təmsilçisi siyahıya düşə bilib — 15-ci yerdə qərarlaşan Mi Mix 3 (30 dəqiqəyə 56%).