ДомойТехнологииГаджетыApple qiymətləri artırdı: MacBook, iPad və Mac Studio modelləri bahalaşdı

Apple qiymətləri artırdı: MacBook, iPad və Mac Studio modelləri bahalaşdı

Apple kompüter və planşetlərdən ibarət aktual məhsul xəttinin qiymətlərini yenidən nəzərdən keçirib. Məlumata görə, bahalaşmanın əsas səbəbi operativ yaddaş və flaş yaddaş çiplərinin qiymətindəki kəskin artımdır. Maraqlıdır ki, hazırda iPhone modellərinin qiymətləri dəyişməz qalıb.

Ən diqqətçəkən artımlardan biri MacBook Pro modelində qeydə alınıb. Qurğunun başlanğıc qiyməti 1700 dollardan 2000 dollara yüksəlib. MacBook Air isə artıq 1100 dollar əvəzinə 1300 dollara təklif olunur.

Əlçatan qiyməti ilə seçilən MacBook Neo da əvvəlki üstünlüyünü qismən itirib. Modelin qiyməti 600 dollardan 700 dollara qaldırılıb. Ən böyük bahalaşma isə Mac Studio modelində baş verib — M4 Max çipli versiyanın qiyməti birdən-birə 500 dollar artaraq 2000 dollardan 2500 dollara çatıb.

Planşet seqmentində də qiymətlər yüksəlib. iPad Pro artıq 1000 dollar əvəzinə 1200 dollara, iPad Air isə 600 dollar əvəzinə 750 dollara satılır.

Mac kompüterlərinin yeni qiymətləri:

  • MacBook Neo 256 GB — 699 dollar (əvvəl 599 dollar)
  • MacBook Neo 512 GB — 799 dollar (699 dollar)
  • 13 düymlük MacBook Air — 1299 dollardan başlayır (1099 dollar)
  • 15 düymlük MacBook Air — 1499 dollardan başlayır (1299 dollar)
  • MacBook Pro M5 — 1999 dollardan başlayır (1699 dollar)
  • MacBook Pro M5 Pro — 2499 dollardan başlayır (2199 dollar)
  • MacBook Pro M5 Max — 4099 dollardan başlayır (3599 dollar)
  • iMac — 1499 dollardan başlayır (1299 dollar)
  • Mac mini M4 Pro (yüksək konfiqurasiya) — 1599 dollardan başlayır (1399 dollar)
  • Mac Studio M4 Max — 2499 dollardan başlayır (1999 dollar)
  • Mac Studio M3 Ultra — 5299 dollardan başlayır (3999 dollar)

iPad planşetlərinin yeni qiymətləri:

  • iPad A16 — 449 dollardan başlayır (əvvəl 349 dollar)
  • 11 düymlük iPad Air M4 — 749 dollardan başlayır (599 dollar)
  • 13 düymlük iPad Air M4 — 949 dollardan başlayır (749 dollar)
  • 11 düymlük iPad Pro M5 — 1199 dollardan başlayır (999 dollar)
  • 13 düymlük iPad Pro M5 — 1499 dollardan başlayır (1299 dollar)
  • iPad mini A17 Pro — 599 dollardan başlayır (499 dollar)

Digər Apple cihazlarında da qiymət artımı qeydə alınıb:

  • Apple TV 4K — 199 dollar (əvvəl 129 dollar)
  • HomePod — 349 dollar (299 dollar)
  • HomePod mini — 129 dollar (99 dollar)
  • Vision Pro — 3699 dollar (3499 dollar)
  • Vision Pro (1 TB yaddaşlı versiya) — 4199 dollar

Xatırladaq ki, bir müddət əvvəl Apple-ın baş direktoru Tim Kik şirkət məhsullarının bahalaşmasının qaçılmaz olduğunu bildirmişdi. Apple uzun müddət iri həcmli komponent alışları və təchizatçılarla sıx əməkdaşlıq sayəsində qiymət artımının qarşısını ala bilsə də, bazardakı son dəyişikliklər şirkəti yeni qiymət siyasətinə keçməyə məcbur edib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,749ФанатыМне нравится
1,009ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -