spot_img
22 декабря, 2024
ДомойТехнологииНоутбукиASUS ROG Zephyrus G16: AMD - oyun noutbukları bazarında liderliyə doğru addımlayır

ASUS ROG Zephyrus G16: AMD — oyun noutbukları bazarında liderliyə doğru addımlayır

AMD və Intel prosessorlarını müqayisə etmək hər zaman qəliz olub. Noutbukların soyutma konstruksiyası və yığılma keyfiyyətləri arasında olan fərqlər obyektiv müqayisəni demək olar ki, mükünsüz edir. Lakin hazırda bazarda ən son AMD Ryzen AI 9 HX 370 prosessorlu konfiqurasiyada təqdim olunan ASUS ROG Zephyrus G16 (GA605) oyun noutbuku ilə bu fürsət artıq əlçatandır.

Beləliklə, onu cari ilin əvvəlində müzakirə etdiyimiz Intel Core Ultra 9 185H (GU605 indeksli model) əsaslı ROG Zephyrus G16 ilə müqayisə etmək imkanımız yaranıb. İki noutbukun demək olar ki, eyni olduğunu nəzərə alsaq, məhsuldarlıq baxımından çox fərq gözləmirdik. Ancaq fərq var və bu fərq olduqca əhəmiyyətlidir. Xüsusi ilə də AMD platforması üzərində qurulan yeni model süni intellekt tapşırıqlarında təklif etdiyi imkanlaı nəzərə alsaq. Gəlin ardıcıl sadalayaq.

Niyə Zephyrus?

Yunan mifologiyasına görə Zefir (Zephyrus) yüngül qərb küləyinin tanrısı və yazın xəbərçisi olub. Göründüyü kimi, bu, ASUS ROG (Oyunçular Respublikası) noutbuk xəttinin yaranmasına səbəb olub. Olduqca yüngül və eyni zamanda məhsuldar oyun noutbukunun dizaynı gələcəyin texnoloji kiberpankı elementlərini özündə cəmləşdirir.

Dizayndan əlavə, Zephyrus seriyası istifadə olunan bir sıra texnologiyalarda yenilikçidir. Məsələn, 2019-cu ildə ASUS ROG Zephyrus S GX701 300 Hz yeniləmə tezliyi olan ekrana malik dünyanın ilk oyun noutbuku qismində təqdim olunub. Məhz bu brend altında fantastik imkanları olan Zephyrus Duo 15 modeli ilk dəfə bazarda təqdim olunub. Nəhayət, Zephyrus cihazları bütün dünyada geymerlər və kompüter həvəskarları arasında böyük rəğbət qazanan ASUS ROG xəttində OLED displeyli ilk noutbuk olub.

Zephyrus noutbuklarının konsepsiyası yüksək səviyyəli konfiqurasiya, nazik və yüngül korpus, premium materiallar və ASUS mühəndislərinin ən son nailiyyətlərini özündə birləşdirir. Universallığı ilə seçilən  Zephyrus seriyasına aid noutbuklar, olduqca kompakt ölçüləri sayəsində istənilən gündəlik işləri həll etmək üçün istifadə yararlıdır. Yüksək məhsuldarlığı, keyfiyyətli ROG Nebula OLED matrisi və tam ölçülü klaviaturası olan bu noutbuk istifadəçiyə maksimum rahatlıqla müxtəlif tapşırıqları yerinə yetirməyə imkan verir. Bu səbəbdən Zephyrus seriyası çox geniş auditoriyaya — media kontent redaktorları, proqramçılar, rəssamlar, tələbələr və hətta portativ, şık, lakin eyni zamanda kifayət qədər güclü cihaz axtaran adi istifadəçilər üçün olduqca əlverişlidir.

2024-cü ilin premium dizaynı

AMD platformasına əsaslanan Zephyrus G16 nazik və yüngül alüminium korpusda hazırlanıb. Noutbuk, yüksək dəqiqlikli RPİ dəzgahında, davamlı alüminium ərintisindən hazırlanır. İstehsal prosesi qumlama, cilalama və anodizasiya daxil olmaqla 8 mərhələdən ibarətdir. Klaviatura, taçpəd və dinamiklər üçün yerlər mükəmməl dəqiqliklə kəsildiyindən, korpusu tam dolduran komponentlər maksimum yığcam şəkildə yerləşdirilir. Quraşdırılmış dinamiklər keçən ilki modeldən 25% daha iridir, aşağı tezlikləri 100 Hz-ə qədər səsləndirməyə qadirdir, səsin həcmi isə 47% artırılıb. Yenilənmiş Zephyrus G16 noutbuku, həmçinin sistemdə və oyunlarda daha rahat yazı yazmaq və prosesi idarə etmək üçün daha böyük düymələr və daha iri taçpəd  ilə təchiz edilib.

Korpus dizaynında yeni rəng — Platinum White tətbiq edilib. Dizaynerləri ilhamlandıran platin metalının özü kimi, noutbukların açıq rəngdə olan dizaynı da əsl dəbdəbə ilə assosiasiya olunur. Bundan əlavə, Zephyrus G16 displey qapağı möhtəşəm alt işıqlarla təchiz edilib. Slash Lighting işıq diodlarından ibarət massiv laptopun qapağı boyunca diaqonal olaraq hərəkət edir və hər bir cihaza unikal görünüş vermək üçün dəqiq tənzimlənmiş rəngləri və dinamik işıq effektlərini dəstəkləyir. Üstəlik nəzərə alsaq ki, Zephyrus G16 modelinin qalınlığı cəmi 1,49 sm nazik, çəkisi isə 1,85 kq-dır, yüksək imkanlara malik 16 düymluq noutbuk üçün bu göstəricilər inanılmaz yığcamlıqdan xəbər verir.

ROG Nebula OLED-displeyinin üstünlükləri

Daha öncə qeyd edildiyi kimi, Zephyrus G16 240Hz yeniləmə tezliyi ilə dəbdəbəli 2.5K OLED displeyinə sahib olan ilk ROG oyun noutbuku olub. Yüksək piksel sıxlığı sayəsində 2,5K icazəli displeyi istənilən kontenti işə salarkən, inanılmaz detallı təsvirlər təqdim etməklə yanaşı, həm də ən dinamik oyunlarda belə əla qrafika keyfiyyətini təmin edir. Samsung və NVIDIA ilə əməkdaşlığı sayəsində bu OLED panellər mükəmməl geymer xüsusiyyətlərinə malik olub, qısamüddətli kadr sürətinin azalması ilə belə hərəkət edən obyektlərin inanılmaz dəqiqliyini təmin edən G-SYNC texnologiyası tərəfindən dəstəklənir.

Displey 16:10 nisbəti, VESA DisplayHDR True Black 500 sertifikatı və heyrətamiz 1.000.000:1 kontrastına malikdir. OLED texnologiyası həqiqi qara rəngi əks etdiyindən, HDR kontent də bu displeylərdə möhtəşəm görünür. DCI-P3 rəng palitrasını 100% əhatəetmə qabiliyyəti və yüksək rəng dəqiqliyi (Delta-E rəng ötürücülüyünün dəqiqliyindən kənarlaşma əmsalı 1-dən azdır) sayəsində, noutbuk mediakontentlə işləmək üçün də mükəmməldir.

Geymerlər üçün olduqca önəmli olan minimum cavablama müddətini də nəzərə almaq lazımdır. 0,2 ms göstəricisi (bozdan boza) heç bir artefaktın olmadığına dəlil olub, hər kadrda oyun kontentinin yüksək dəqiqliklə nümayişi deməkdir. Matris həmçinin Dolby Vision texnologiyasını dəstəkləyindən, rəng temperaturunu tənzimləmək istəyən istifadəçilər bunu müstəqil şəkildə edə bilərlər.

Ən yeni AMD platformasının tətbiqi məhsuldarlığa necə təsir edib

Ən son AMD Ryzen AI 9 HX 370 prosessoru 31 TOPS CPU və inteqrasiya olunmuş Radeon 890M qrafik çipi ilə birlikdə 50 TOPS məhsuldarlığı olan 12 nüvə, 24 axına və inteqrasiya olunmuş AMD Ryzen AI XDNA 2 neyron prosessoru ilə təchiz edilib. Qeyd edək ki, ROG Zephyrus G16 (GU605) modelindəki Intel Core Ultra 185H prosessoru hibrid arxitekturadan istifadə etdiyindən, bəzi nüvələr Hyperthreading-i dəstəkləmir. Buna görə Intel Core Ultra 185H 22 ipi, Ryzen AI 9 HX 370 isə 24 axını dəstəkləyir.

Bu səbəbdən, Intel Core Ultra 185H 22 axını, Ryzen AI 9 HX 370 isə 24 axını dəstəkləyir. Bunun sayəsində Zephyrus G16 (GA605) Windows Copilot alətləri də daxil olmaqla, süni intellektidəstəkləyən tətbiqlərdə ən yüksək məhsuldarlığı təklif edir. Bundan əlavə, noutbuklar üçün nəzərdə tutulan NVIDIA GeForce RTX 4070 qrafik kartı 321 TOPS məhsuldarlığı və maksimum 105 Vt termopaketi süni intellekt proqramlarında və oyunlarında məhsuldarlığın artırılması mövzusunda əsas yer tutur. Beləliklə, Zephyrus G16 noutbukunda məhsuldarlıq 402 TOPS-təşkil etdiyindən, cihazın özündə eyni zamanda birdən artıq süni intellekt tətbiqini işə salmağa imkan verir.

Sözügedən imkanlar xüsusilə geymerlər, mediakontent yaradıcıları və proqramçılar üçün olduqca faydalı olacaq. Bu xüsusiyyətlər noutbuku foto və videoların redaktəsi, təsvirin yaradılması və kodların yazılması üçün mükəmməl vasitə edir.

NVIDIA GeForce RTX 40-cı seriya qrafik prosessorları süni intellektlə işləyən kadr sürətlərini bir neçə dəfə artırmaq və input lag-ları azaltmaq üçün DLSS 3 və Reflex kimi geymerlərin sevimli texnologiyalarını dəstəkləyir. Təsvirin detalizasiyasını mükəmməlləşdirmək və məhsuldarlığı artırmaq üçün süni intellektdən istifadə edən DLSS, DLSS 3 ilə 70-dən çox oyunda kadr generatorundan istifadə edərək, 500-dən çox oyunda kadr sürətini iki dəfəyə, FPS-ni dörd dəfəyə qədər artırmağa imkan verir.

Reflex texnologiyası isə öz növbəsində CPU və GPU arasında kadr növbəsini aradan qaldıraraq, noutbukda emal vaxtını azaldır və Dota 2, Counter-Strike 2 və Fortnite kimi bütün əsas rəqabət süjetli oyunlar da daxil olmaqla 100-dən çox oyunda cavablama reaksiyasını təkmilləşdirir.

Oyunlardan əlavə olaraq, GeForce RTX 40 video kartları Adobe Firefly-də artıq tam istifadə olunan və yenilənmiş Windows proqramlarında aktiv şəkildə tətbiq olunacaq generativ süni intellekt və neyron şəbəkə əsaslı alətləri də sürətləndirir. Generativ süni intellekt və neyron şəbəkəyə əsaslanan alətlər darıxdırıcı, təkrarlanan tapşırıqlara sərf olunan vaxta qənaət etməyə kömək edərək, daha məhsuldar olmağa və diqqəti yaradıcılığa yönəltməyə imkan verir. Artıq 120-dən çox tətbiq GeForce RTX qrafik kartlarında süni intellekt və şüa izləmə ilə gücləndirildiyindən, bu noutbuklar iş və yaradıcılıq sahəsində əvəzedilməz köməkçiyə çevriləcək.

Ultra nazik oyun noutbukları üçün soyutma çox önəmli olduğundan, gəlin bu termosistemi nəzərdən keçirək. Zephyrus G16 qabaqcıl inteqrasiya olunmuş intellektual soyutma sistemi ROG ilə təchiz edilib. İstiliyi aradan qaldırmaq üçün ikinci nəsil Arc Flow ventilyatorlarından və Thermal Grizzly firmasının maye metal şəkilli mərkəzi prosessor üçün yüksək səmərəli termal interfeysdən istifadə olunub. Əlavə üçüncü ventilyator, davamlı oyun sessiyaları və ya uzun çəkən video render seansları zamanı laptopu sərin saxlamaq üçün GPU və digər komponentlərdən isti havanı radiatorlara və korpusdan kənara yönləndirir. ROG mütəxəssisləri tərəfindən hazırlanan bu innovativ soyutma sistemi, güclü komponentlərə ultraportativ form-faktorunda tam potensialını nümayiş etdirməyə imkan verir.

ROG Zephyrus G16 (GA605) 2024 texniki xüsusiyyətləri:

Prosessor AMD Ryzen AI 9 HX 370
Qrafik prosessor Noutbuklar üçün NVIDIA GeForce RTX 4070 videokartı
Maks. termopaket– 105 Vt(Dynamic Boost texnologiyası ilə)
Əməliyyat sistemiа Windows 11 Pro
Displey 16 düym, ROG Nebula, OLED, 2.5K (2560 × 1600) matrisi, 240 Hz/ 0,2 ms, 100% DCI-P3, NVIDIA G-SYNC, VESA DisplayHDR True Black 500, Pantone Validated, Delta E <1, Dolby Vision
Operativ yaddaş 32 GB-a qədər operativ yaddaş LPDDR5X-7500 MHz(quraşdırılmış)
İstifadəçi yaddaşı 4 TB(2 TB+ 2 TB) qədər həcmi M.2 PCIe 4.0 interfeysi olan 2280 form-faktorlu sərt cisimli doldurucu
Klaviatura 1 sahə RGB-alt işığı
Audiosistem Stereodinamiklər
İntellektual gücləndirici
Dolby Atmos
Hi-Res Audio

İkitərəfli intellektual səsboğma sistemi

WiFi / Bluetooth WiFi 7
Bluetooth v5.4
Giriş/çıxış portları 1 X USB4 (DisplayPort / Power Delivery dəstəklənməsi)
1 x Type-C USB 3.2 Gen2 (DisplayPort / Power Delivery dəstəklənməsi)
2 x Type-A USB 3.2 Gen2
1 x HDMI 2.1
1 x  SD (SD 7.0) yaddaş kartı üçün  slot
1 x audiogiriş
1 x разъем питания ASUS Slim Power Jack dolum girişi
Akumulyator 90 Vt/s
Ölçü 35,4×24,6×1,49 ~ 1,74 sm
Çəki 1,85 kq

Yekun qərar

ROG Zephyrus G16 sizin ideal noutbukunuz olmaq üçün bütün potensiala malikdir. O, premium dizayn, çoxsaylı portlar, universal OLED displey və heyrətamiz səslə gəlir. Həmçinin o, istifadə olunan AMD platforması sayəsində süni intellekt tapşırıqlarının icrası üzrə hazırda təqdim olunan digər konfiqurasiyalardan fərqli olaraq, daha güclüdür.

2024-cü model ilində noutbuk daha incə və yüngül olsa da, onu digər oyun cihazlarından fərqləndirən özünəməxsus üslubunu və şəxsiyyətini qoruyub saxlayır. Vahid alüminium korpusda hazırlanmış bu model, güc və eleqantlığın ahəngidir. Eyni zamanda, noutbuk üç ventilyatorlu təkmilləşdirilmiş soyutma sistemi, korpusun bütün eni üzrə radiator və innovativ termointerfeyslə təmin edilib. Güc, dəqiqlik və zəriflik — AMD Ryzen AI 9 HX 370 prosessoruna əsaslanan ROG Zephyrus G16-nı təsvir edən ən uyğun sözlərdir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,984ФанатыМне нравится
1,011ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -