Honor brendinin rəhbəri Zhao Ming Phoenix Network Technology-ə müsahibə verib və orada şirkətin planlarından danışıb. Hələlik yeni smartfon haqqında heç bir şey məlum deyil, lakin Zhaonun sözlərinə görə, Honor ştatında smartfonlar və digər avadanlıqlar üçün yeni texnologiyaların tədqiqi seqmentində təxminən 8000 nəfər çalışır.
HUAWEI-dən ayrıldıqdan sonra Honor şirkəti artıq smartfon, noutbuk və planşetlərin istehsalını qurmağa nail olub. Növbəti sırada qatlana ekranlara smartfonlar və əməliyyat sistemi gəlir.
Honor rəhbərinin sözlərinə görə, şirkətin ilk qatlana bilən smartfonu 2022-ci ilin payız və ya qış aylarında satışa çıxarılacaq və o, yeni Honor əməliyyat sistemi — Magic OS 7 ilə təchiz olunacaq. Şirkət yeni ƏS əsasında ekosistem yaratmağı planlaşdırır. Bu istiqamətdə irəliləmək üçün Honor tezliklə developer konfransının tarixini açıqlayacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az