spot_img
19 июня, 2026
ДомойSoftwareИгрыRockstar GTA VI üçün ön sifarişlərin tarixini açıqladı

Rockstar GTA VI üçün ön sifarişlərin tarixini açıqladı

Milyonlarla oyunçunun səbirsizliklə gözlədiyi Grand Theft Auto VI ilə bağlı yeni rəsmi məlumat paylaşılıb. Rockstar Games oyunun ön sifarişlərinin nə vaxt başlayacağını elan edib.

Şirkətin açıqlamasına görə, oyunçular GTA VI üçün ön sifariş verə biləcəklər. Satışlar iyunun 25-dən etibarən açılacaq. Bununla belə, Rockstar oyunun qiymətini hələ də açıqlamayıb.

Ön sifariş tarixinin elan olunması bir çox oyunçu tərəfindən layihənin planlaşdırıldığı vaxtda çıxacağına dair mühüm siqnal kimi qiymətləndirilir. Çünki son aylarda bəzi azarkeşlər oyunun yenidən təxirə salına biləcəyini düşünürdülər.

Bununla yanaşı, Rockstar oyunun bir neçə rəsmi üz qabığını da təqdim edib. Yeni görüntülərdə GTA VI-nın əsas qəhrəmanları olan JasonLucia, həmçinin digər personajlar və seriyanın ənənəvi elementlərindən biri olan helikopter əks olunub.

Hadisələrin baş verəcəyi məşhur Vice City də oyunun əsas məkanlarından biri olacaq.

Rockstar Games daha əvvəl bildirmişdi ki, Grand Theft Auto VI-nın rəsmi çıxış tarixi 19 noyabr olaraq planlaşdırılıb. Oyun ilk mərhələdə yalnız PlayStation 5 və Xbox Series X|S platformaları üçün satışa çıxacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,760ФанатыМне нравится
1,009ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -