Populyar performans test platforması AnTuTu may ayının yekunlarına əsasən Android flaqmanlarının yeni reytinqini dərc edib. Siyahıya daxil olan 10 smartfondan 9-u Qualcomm prosessoru ilə təchiz olunub.
Reytinqin lideri Nubia Red Magic 11s Pro+ olub. Snapdragon 8 Gen 5 Leading Edition prosessoru ilə təchiz edilən smartfon AnTuTu testində 4 171 821 xal toplayıb. Bu çip Snapdragon 8 Gen 5-in daha yüksək tezliklərdə işləyən xüsusi versiyası hesab olunur.
İkinci yerdə iQOO 15 Ultra (4 144 802 xal), üçüncü pillədə isə vivo X300 Ultra (4 103 004 xal) qərarlaşıb.
İlk onluğun qalan hissəsi belə görünür:
- iQOO 15 — 4 050 238 xal
- Nubia Red Magic 11 Pro+ — 3 995 210 xal
- realme GT8 Pro — 3 970 960 xal
- OPPO Find X9 Ultra — 3 896 281 xal
- Honor Win — 3 861 113 xal
- iQOO 15T — 3 802 891 xal
- Honor Magic8 Pro — 3 792 835 xal
Maraqlıdır ki, ilk onluqda Qualcomm-a alternativ olaraq yalnız bir model yer alıb. Doqquzuncu pillədə qərarlaşan iQOO 15T MediaTek Dimensity 9500 prosessoru ilə təchiz edilən yeganə smartfon olub.
Beləliklə, may ayının nəticələri göstərir ki, yüksək performans seqmentində Qualcomm hələ də bazarda üstün mövqeyini qoruyub saxlayır.









