Apple şirkəti Amerikada satılacaq iPhone modellərinin Hindistanda yığılmasını çox istəyir, çünki Çindən idxal olunan cihazlara 145% gömrük rüsumu tətbiq olunur – bu barədə Mark Gurman məlumat verib. Təbii ki, bu keçidin nə qədər tez baş verməsi, Apple üçün bir o qədər yaxşı olar. Amma şirkət daha konkret bir hədəf də qoyub: bütün istehsalı 2027-ci ilə qədər Hindistana köçürmək.
Gurmanın fikrincə, bu planın reallaşması real görünmür və əsas səbəb Apple-ın Çinlə qurduğu sıx tərəfdaşlıq əlaqələridir. Komponentlərin əksəriyyəti Çindən və Tayvandan gətirilir, Hindistanda isə bu keyfiyyətdə alternativ tapmaq çətindir. Həmçinin, yığım prosesinin də köçürülməsi asan deyil: Hindistan hazırda Amerikanın iPhone modellərinin yalnız üçdə birini istehsal edir. Daha çox istehsal üçün isə Apple keyfiyyət standartlarına cavab verən yeni tərəfdaşlar tapmalıdır.
Gurman həmçinin bildirib ki, Apple 2027-ci ildə iPhone-un 20 illik yubileyinə özəl olaraq nəsə qeyri-adi bir şey təqdim etmək istəyir – məsələn, qatlanan model (ilk «açılıb-bağlanan» iPhone). Şirkət onu Hindistanda istehsal etməyi arzulayır, lakin bu çox az ehtimal olunur. Çünki yeni məhsulların yığımı tarixən Çində həyata keçirilir – burada Apple-ın uzunmüddətli tərəfdaşı Foxconn fəaliyyət göstərir. Yeni modeli başqa ölkəyə həvalə etmək Apple üçün riskli qərar ola bilər.