spot_img
3 декабря, 2024
ДомойТелекомСобытия“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

“Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş şəbəkəsini genişləndirməyə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti təşkilat “GL” ASC-ə məxsus “Sizin Lombard” BOKT olub.

Tez, etibarlı və rahat kreditə ehtiyacı olan vətəndaşlar qızıl girovu ilə müvafiq filiala yaxınlaşaraq, kredit təsdiqləndikdən sonra “SİMA İmza” ilə şəxsiyyətlərini təsdiq edib kredit müqaviləsini asanlıqla imzalaya bilərlər. Proses zamanı vətəndaşın üz təsviri ilə kimliyi müəyyən edilir. Müqavilə imzalandıqdan sonra vəsait müştərinin “Sizin Lombard” tərəfindən təqdim edilən plastik kartına köçürülür.

Qeyd edək ki, “SİMA İmza” üzərindən kredit müqaviləsinin biometrik texnologiya vasitəsilə təsdiqlənməsi dələduzların vətəndaşların adından kredit götürməsinin qarşısını alır. Eyni zamanda SİMA rəqəmsal imza sayəsində vaxt və xərclərə qənaət olunur, qurumların iş yükü və xərcləri azalır.

SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,017ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -