spot_img
15 октября, 2024
ДомойТехнологииНоутбукиSüni intellekt üzərində qurulan ASUS ExpertBook noutbukları biznesinizin rəqəmsal transformasiyasını sürətləndirir

Süni intellekt üzərində qurulan ASUS ExpertBook noutbukları biznesinizin rəqəmsal transformasiyasını sürətləndirir

Bu gün sürətli texnoloji irəliləyişlər və dəyişən müştəri gözləntiləri ilə səciyyələnən hiper-rəqabət mühitində fəaliyyət göstərən şirkətlər getdikcə texnologiyanın transformasiya gücünü dərk edir, öz proseslərini, məhsullarını, xidmətlərini və müştərilərlə qarşılıqlı əlaqələrinə tamamilə yeni yanaşma nümayiş etdirirlər. Lakin iş proseslərini optimallaşdırmaq və xərcləri azaltmaq üçün rəqəmsal transformasiyanın reallaşdırılmasını və yaxın zamanda aktuallığını itirməməsi üçün seçiləcək texnologiyaları ayırd etmək tələb olunur. Avadanlıqların, xüsusən də noutbukların və iş stansiyalarının seçimi biznesin cari mühitə tez uyğunlaşmaq və rəqabət aparmaq qabiliyyətini müəyyənləşdirmək olduqca önəmlidir. Bu avadanlıq etibarlı və təhlükəsiz olmalı, eyni zamanda yüksək iş qabiliyyətinə malik olmalı və süni intellekt alətləri ilə işləməyə qadir olmalıdır.

ASUS — süni intellekt dövründə ən etibarlı tərəfdaşınız

ASUS şirkəti daim dəyişən biznes ehtiyaclara cavab verən innovativ texnologiya həlləri təqdim etmək üzrə liderdir. Şirkətin bu sahədə tədqiqat və işləmələrə ayırdğı diqqət nəticəsində bu gün peşəkarların tələb etdiyi məhsuldarlığı , mobilliyi və təhlükəsizliyi özündə birləşdirən yeni ExpertBook seriyasını təklif edir. Bu il Computex 2024 və IFA 2024 sərgilərində şirkət süni intellekt sahəsindəki imkanlarına xüsusi diqqət ayırmaqla, sözügedən seriyada öz innovativ məhsullarını sərgiləyib. Yeni ExperBook P seriyasının ilk noutbuk olan  ExperBook P5 (P5405) məxsusi olaraq vurğulanır. Məhsul getdikcə daha çox süni intellektə müraciət edən istifadəçilər üçün nəzərdə tutulub.

ExpertBook P5 flaqman noutbuku qabaqcıl Intel Core Ultra Lunar Lake prosessorları və inteqrasiya olunmuş süni intellektlə işləyən ASUS ExpertMeet alətləri ilə təchiz edildiyindən, istifadəçinin iş tərzini inqilabi şəkildə dəyişdirəcək, sinxron tərcümə, zənglərin avtomatik hesabatın hazırlanması və müzakirələr zamanı prioritet mövzuların seçilməsi kimi imkanlar daxil olmaqla, onlayn görüşlərə bir sıra öncül funksiyalarla zənginləşdirəcək.

Əlavə olaraq, yeni Intel prosessorlarında 48 TOPS-a qədər ötürmə qabiliyyətinə malik NPU-lar tətbiq olunub. Ümumilikdə, noutbuk Windows proqramlarında Copilot+ da daxil olmaqla, ekosistemdə yerləşdirilmiş və cari ilin sonunda əməliyyat sisteminin yenilənməsindən ibarət geniş spektr unikal süni intellekt imkanlarını reallaşdırmaq üçün 120 TOPS təmin edir. Eyni zamanda, ExpertBook P5, onu müasir mobil peşəkarlar üçün mükəmməl quröuya çevirın müstəsna məhsuldarlıq və səmərəlilik üçün ASUS-un özəl qabaqcıl AI PC texnologiyası ilə təchiz olunub.

Genişlənmiş süni intellekt funksiyaları ilə ASUS AI for Work təşəbbüsü bütün ExpertBook P seriyasında tətbiq olunur və 4 əsas sahəni əhatə edir:

  • AI Productivity — dil sərhədlərini aradan qaldırmaq, qurğu üzərində real vaxt rejimində tərcümə etmək, avtomatik görüş protokolları və hesabatlar hazırlamaq üçün nəzərdə tutulub.
  • AI Collaboration — audio və videoları qeydə alaraq, yazmaq üçün süni intellekt texnologiyalarını dəstəkləmək məqsədilə tətbiq olunub.
  • AI Security — avtomatik qaydada su nişanı (watermark) əlavə etmək, təhlükəsiz izləmə, gizlin məlumatları aşkarlamaq, passiv şəkildə rezerv surət yaratmaq və məlumatları bərpa etmək üçün istifadə edilib.
  • AI Assistant — Microsoft Windows Copilot və Copilot+ üzərindən çalışan süni intellekt əsaslı yeni nəsil kompüterlər üçün hazırlanıb.

AI Productivity kimi sahə çərçivəsində, ASUS qabaqcıl süni intellekt alətlərindən yararlanaraq, virtual görüşlərin səmərəliliyini artıran ASUS AI ExpertMeet alətini təklif edir. Süni intellektin icra etdiyi tərcümə sayəsində panel iştirakçıları müxtəlif dillərdə danışsalar belə, asanlıqla ünsiyyət qura bilirlər. Bu zaman tərcümə əsnasında vacib məlumatlar itmir. Digər funksiya müzakirə iştirakçılarının təkrar görüş və danışıqlara baş vurmadan, diqqəti verilmiş tapşırıqlara yönəldə bilmələri üçün əsas məqamları və müzakirə məqamlarını vurğulamağa kömək edir.

ASUS AI ExpertPanel adlı növbəti alət — cari istifadə modelləri əsasında məhsuldarlığı artırmaq üçün sistem parametrlərini avtomatik idarə edən bir növ əmr mərkəzidir. Nəticədə, istifadəçinin sistemlə qarşılıqlı əlaqəsi daha rahat olur, qurğu maksimum səmərəli işləyir, vaxt və enerjiyə qənaət olunur. Süni intellektə əsaslanan alqoritmlər kritik tapşırıqlar zamanı noutbukun batareyasının ömrünü uzatmaq və sistem resurslarını ən səmərəli şəkildə bölüşdürmək üçün güc parametrlərini idarə edir.

Təhlükəsizlik ön planda! Süni intellekt bu sahədə də tətbiq olunub

Dəyişən rəqəmsal təhlükə lanşaftı və cihazlardakı şəxsi məlumatlara icazəsiz giriş imkanlarının incəldilməsi bu gün bütün istehsalçıları narahat edir. Bu səbəbdən ASUS mühəndisləri BIOS səviyyəsinə qədər bütün mərhələlərdə məlumatları qorumaq üçün ExpertBook P seriyalı noutbuklarını çoxsəviyyəli təhlükəsizlik sistemi ilə təchiz ediblər. Bu seriyanın noutbukları aşağı səviyyəli hücumlardan BIOS-un etibarlı qorunması da daxil olmaqla sistemin bütün aspektlərini əhatə edən hərtərəfli təhlükəsizlik sistemi ilə təmin olunub. Təhlükəsiz işəsalma və ya Secure Boot və daxili TPM modulu kimi funksiyalar sistemi mikroproqram və proqram təminatına kənar müdaxilələrdən qoruyur, cihazın işə salındığı andan dərhal məlumat təhlükəsizliyini təmin edir. Bu BIOS müdafiə proqram təminatının təhlükəsizliyi və potensial zəifliklərin azaldılması üçün ciddi tələblər irəli sürən NIST SP 800-155 standartına tam uyğundur.

Bundan əlavə, ASUS McAfee+ antivirus proqram təminatı developerləri ilə əməkdaşlığı çərçivəsində bütün ExpertBook P seriyalı cihazlar üçün McAfee+ eksklüziv 1 illik premium abunə təklif edir. Eyni zamanda, xüsusi olaraq  ExpertBook P5 modeli üçün  Deepfake-ı aşkarlayan süni intellekt əsaslı innovativ texnologiya da əlçatandır. Öncül NPU məhsuldarlığı McAfee-nin xüsusi süni intellekt modellərinə, gizli məlumatları buluda göndərmədən, deepfake-saxtakarlığını lokal qaydada təhlil etməyə və aşkarlamağa imkan verir.

Kompleks informasiya təhlükəsizliyi sistemi sayəsində ExpertBook P seriyasının noutbuk istifadəçiləri məlumatlarının bir neçə səviyyədə etibarlı şəkildə qorunacağına əmin ola bilər. İnformasiya təhlükəsizliyi sisteminin kompleksini və qabaqcıl süni intellekt alətlərini inteqrasiya etməklə, ASUS qurğularının təhlükəsizlik səviyyəsini artırmaqla yanaşı, həm də daha təhlükəsiz və etibarlı rəqəmsal iş mühitinin formalaşması üçün şərait yaradır. ExpertBook P seriyası, əlavə olaraq vacib məlumatların şifrələnmiş şəkildə rezerv surətlərinin saxlanmasını təmin edən  SafeGuard Backup alətini də təklif edir. Bu alət sayəsində surətləri maksimum təhlükəsiz şəkildə saxlamaq mümkündür.

Beləliklə, süni intellekt tədricən kibertəhlükəsizlik üzrə əsas köməkçinizə çevriləcək.

ExpertBook P5 — süni intellektə fokuslanan ASUS noutbukları xəttinin yeganə nümunəsi deyil

Bazara məhsuldarlığı təkmilləşdirmək, qarşılıqlı əlaqəni rahatlaşdırmaq və biznes təhlükəsizliyini artırmaq üçün qabaqcıl süni intellekt imkanları və öncül texnologiyalara malik gələcək cihazların geniş çeşidini təqdim etmək üçün ASUS, ExpertBook B5B3 kimi noutbuklar yaradıb.

Onlar səmərəliliyi artırmaqla, işçi prosesləri ağıllı texnologiyadan istifadə edən daha sərfəli, lakin eyni dərəcədə effektiv iş həlləri sərgiləyərək, təkmilləşdirir. Bu ultrayüngül, süni intellektlə işləmək üçün tam hazır şəkildə təqdim olunan noutbuklar üç il əvvəlki cihazlarla müqayisədə 59%-ə qədər daha sürətli tətbiq imkanları və 73%-ə qədər daha sürətli generativ süni intellekt təmin edən ən son Intel Core Ultra prosessorları ilə təchiz edilib. Bu prosessorlar süni intellektlə iş zamanı 2,5 dəfəyə qədər səmərəli enerji sərfiyyatını təmin etməklə yanaşı, həm də AI ilə iş zamanı 40%-ə qədər aşağı prosessor gücü təqdim etməklə, batareyanın ömrünü uzadır.

Hər iki model qrafik fayllarla peşəkar iş üçün nəzərdə tutulan Microsoft Copilot və StoryCube funksiyası kimi alətləri dəstəkləyir. ExpertBook B5B3 həmçinin onlayn təhdidlərdən və məlumatlara icazəsiz müdaxilə cəhdlərindən müdafiəni təmin etmək üçün süni intellektlə işləyən təhlükəsizlik funksiyaları ilə təchiz olunub. Məsələn, ExpertBook B5 modelində həssas biznes məlumatlarını qabaqcıl kibertəhlükələrdən qorumaq üçün biometrik autentifikasiya və kommersiya səviyyəli BIOS kimi qabaqcıl təhlükəsizlik funksiyalarına malikdir. Noutbukda süni intellektə əsaslanan IBM QRadar EDR kiçik və orta biznes üçün potensial təhlükələrin aşkarlanması texnologiyası mövcuddur. Sistem administratorlarının işini sadələşdirmək üçün isə ASUS  Control Center aləti tətbiq olunur. Bu alət süni intellekt imkanlarının sürətli tətbiqi və istifadəsini yeritmək, WiFi bağlantını optimallaşdırmaq və şəbəkə imkanlarını təkmilləşdirməklə kritik tətbiqləri prioritetləşdirmək məqsəilə istifadə olunur.

Lakin, noutbukun videonun fokuslanması və önəmli danışıqlar zamanı səslənmənin təkmilləşdirilməsini təmin edən kənar səslərin boğulması kimi videokonfransın keyfiyyətini artıran süni intellekt əsaslı funksiyaları, xüsusi diqqətə layiqdir. Bunlara ASUS AI Audio və AI Camera daxildir. Beləliklə, ASUS AI Audio texnologiyasının üstünlüklərinə aşağıdakılar daxildir:

  • AI De-reverberation — səsi əks etdirən səthləri olan məkanlarda yaranan əks-sədaları aradan qaldırır, həmsöhbətlərin səsini yaxınlaşdırır və aydınlaşdırır.
  • AI Noise Reduction Speaker — süni intellektin ən öncül alqoritmlərindən istifadə edərək, fondakı arzuolunmaz səsi müəyyənləşdirir və selektiv şəkildə aradan qaldırır, daha aydın, daha dəqiq və təkmilləşdirilmiş səslənmə təmin edir.
  • AI Acoustic Echo Cancellation — real vaxt rejimində əks olunan səsləri ayırd edərək, audio siqnallarda yaranan əks-sədaları effektiv şəkildə aradan qaldırır, nəticədə kristal təmiz rabitə təmin edir.
  • AI Noise Reduction Microphone — bir neçə ayrı-ayrı çıxışçıların iştirak etdiyi ssenarilərdə fasiləsiz rabitəni təmin edir, süni intellektin öncül alqoritmləri isə prioritet çıxışçıların səsini aydınlaşdırmaq və fokuslaşdırmaq üçün fondakı səsləri boğur.

Eyni zamanda, ASUS AI Camera texnologiyası müxtəlif işıqlandırma şəraitində kristal təmiz videonu təmin edir, daimi göz təmasını dəstəkləyir, adaptiv qaralma və kilidləmə ilə hibrid iş ssenarilərində məxfiliyinizi təmin edir.

Süni intellektin öncül imkanları sayəsində işçi proseslərin mehsuldarlığını artırın

Yeni ASUS noutbuklarının intellektual imkanları ilə siz artıq bu gün mutimedia kitabxananızı asanlıqla avtomatik təsnifatlaya, generativ süni intellektlə yaradıcılıq proseslərini  sürətləndirə, məxfiliyinizi qoruya və səsli ünsiyyət zamanı kristal təmiz səsdən yararlana bilərsiniz. Şirkətin yaratdığı futuristik cihazlar süni intellekt üzərindən həyatımızın hər sahəsini təkmilləşdirərək, hər anını inanılmaz imkanlarla zənginləşdirməyə qadirdir!

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,001ФанатыМне нравится
1,014ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -
- Реклама -