Çinli insayderlərdən biri Xiaomi 15-in daha sürətli əsas obyektivinə, zəif işıq şəraitində şəkil çəkə bilən makro rejiminə, eləcə də təkmilləşdirilmiş portret rejiminə malik olacağını bildirib. Bundan əlavə, bloqqer qadcetin “düym” sensoru ilə təchiz olunmayacağını bildirib. O, yəqin ki, flaqmanın Ultra versiyasının imtiyazı olaraq qalacaq.
Xiaomi 15 həmçinin keramika korpusu və peyk rabitəsini dəstəkləyəcək titan versiyasını alacaq.