Koreyanın “The Information” nəşri Apple-ın eyni anda iki qatlanan iPhone modelini hazırladığını bildirib. Onların xüsusiyyətləri məlum olmasa da, necə göründükləri haqqında məlumatlar var.
Məlumatlar düzgündürsə, qatlana displeyli iki iPhone smartfonu üfüqi Fold və şaquli Flip ilə birlikdə Samsung Galaxy Z xəttinə bənzəyəcək. Prototiplər açıldıqda hazırkı iPhone-ların qalınlığının təxminən yarısı qədərdir və onların xarici ekranı yoxdur. Apple ekranları əlavə etməyi planlaşdırır, lakin Gizmochina’nın xəbər verdiyi kimi, «ekran və batareya problemləri» bu məqsədə çatmağı çətinləşdirir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az