Çinli insayderlərdən biri gələcək qabaqcıl HUAWEI (P70) smartfonunun yeni Kirin 9010 prosessoru ilə təchiz ediləcəyini bildirib. Çipin xarakteristikaları məlum deyil, lakin insayderlər prosessorun adına əsaslanaraq, gələcək yeni məhsulun eyni 7 nanometrlik proses texnologiyası üzrə 9000S çipinin dəyişdirilmiş variantı olacağını ehtimal edirlər.
İnsayder Ming Chi Kuo-nun bildirdiyinə görə, P70 seriyasına əsas model Pro və Art daxil olacaq və bu il buraxılması planlaşdırılır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az