Elektron ticarət monitorinq platforması Sandalwood, Tmall-da yeni iPhone 14 seriyalı smartfonların satış məlumatlarını paylaşdı. Məlum oldu ki, yenilik o qədər də yaxşı deyil.
İlk həftədə iPhone 14 satışlarının keçən ilin eyni dövründəki iPhone 13 satışları ilə müqayisədə 70% azaldığı bildirilir. Digər tərəfdən, iPhone 14 Pro və iPhone 14 Pro Max-ın satışlarında əksinə 56% artım qeydə alınıb.
Bu məlumatlar yeni Apple seriyasının ən ucuz modelinin populyar olmadığı barədə ilkin xəbərləri təsdiqləyir. Hətta Apple-in istehsalçı tərəfdaşı olan Foxconn-un iPhone 14 istehsalını azaltdığı, iPhone 14 Pro və iPhone 14 Pro Max smartfonlarının istehsalını isə artırdığı barədə məlumatlar var idi.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az