spot_img
27 апреля, 2024
ДомойТехнологииHardwareSamsung ilin sonuna kimi 11 smartfon üçün Android 13-ü təqdim edəcək

Samsung ilin sonuna kimi 11 smartfon üçün Android 13-ü təqdim edəcək

SamMobile portalı öz mənbələrinə istinadən Samsung-un One UI 5.0 ilə birlikdə cihazları Android 13-ə yeniləmək planlarını paylaşıb. Belə ki, ilin sonuna qədər 10 flaqman qurğu və bir orta səviyyəli modelin sahibləri ən son ƏS-ni əldə edəcəklər.

Mövcud məlumatlara əsasən, bu ilin sonuna qədər aşağıdakı Samsung cihazları Android 13-ə yenilənəcək:

  • Galaxy S22
  • Galaxy S22+
  • Galaxy S22 Ultra
  • Galaxy S21
  • Galaxy S21+
  • Galaxy S21 Ultra
  • Galaxy Z Fold4
  • Galaxy Z Flip4
  • Galaxy Z Fold3
  • Galaxy Z Flip3
  • Galaxy A53

Hal-hazırda, One UI 5.0 istifadəçi interfeysi ilə Android 13 əsasında proqram təminatı artıq sınaqdan keçirilir, lakin Samsung stabil versiyanın təqdimat tarixini açıqlamayıb. Qeyd edək ki, bu ildən başlayaraq Cənubi Koreya şirkəti flaqmanları və orta səviyyəli cihazları üçün dörd əsas yeniləməni buraxmağı vəd edib. Ötən ilki flaqmanlar da bu qərarın altına düşür.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -