spot_img
5 апреля, 2026
Домой Блог Страница 64

Qalmaqallı insayder iPhone 18 Pro-nun mümkün dizaynını nümayiş etdirdi

Apple şirkəti iPhone dizaynı ilə təcrübələrini davam etdirir. Qalmaqallı insayder Con Prosserin iddiasına görə, gələcək iPhone 18 Pro modelində şirkət ön kameranın yerini dəyişəcək və Face ID sistemini tamamilə ekranın altına gizlədəcək. Nəticədə Dynamic Island qalacaq, lakin həm ölçüsü, həm də yerləşdiyi mövqe dəyişəcək.

Hazırda Dynamic Island ekranın yuxarı mərkəz hissəsində yerləşir və kamera ilə Face ID sensorlarını gizlədərək bildirişlər və fon prosesləri zamanı dinamik şəkildə genişlənir. Prosserin sözlərinə əsasən, yeni konsepsiyada “ada” sol yuxarı küncdən peyda olacaq və əvvəlki iş prinsiplərini qoruyacaq.

Qeyd edək ki, ekranaltı Face ID ilə bağlı şayiələr artıq bir neçə ildir gündəmdədir. Tanınmış analitiklər Ross Yanq və Mark Qurman isə fərqli mövqe sərgiləyir: onların fikrincə, Apple sadəcə Dynamic Island-ı bir qədər daha kompakt edəcək — iPhone 13-də “ada”nın kiçildilməsi zamanı olduğu kimi — və mərkəzi yerləşməni qoruyacaq.

Çinli insayder Instant Digital isə ümumiyyətlə iPhone 18 Pro-da ekranaltı Face ID-nin olmayacağını iddia edir. Bu ziddiyyətli məlumatlar fonunda Prosserin versiyası ya iOS 26 dizaynında olduğu kimi eksklüziv sızıntı, ya da sadəcə müxtəlif şayiələrin əsasında formalaşmış fərziyyə təsiri bağışlayır.

Bundan əlavə, Prosser bildirir ki, iPhone 18 Pro dəyişən diafraqmalı əsas kamera ilə təchiz ediləcək. Rəng palitrasında da yeniliklər gözlənilir — Apple-ın bordo, qəhvəyi və bənövşəyi çalarları nəzərdən keçirdiyi iddia olunur.

Bununla belə, mənbəyə ehtiyatla yanaşmaq üçün əsaslar var. Prosserin əvvəlki insayder məlumatlarının hamısı təsdiqlənməyib, lakin bəzi sızıntılara görə Apple onunla məhkəmə çəkişməsi aparır. Bu da onun adını həm qalmaqallı, həm də diqqətçəkən edir.

ASUS şayiələrə nöqtə qoydu: smartfon bazarını tərk etməyəcək

Son günlər internetdə ASUS-un smartfon istehsalını tamamilə dayandıracağı ilə bağlı söz-söhbətlər yayılmağa başlamışdı. Bu iddialar şirkət rəhbərliyinin də diqqətindən yayınmayıb və nəticədə ASUS mobil bölməsinin gələcəyi ilə bağlı rəsmi açıqlama verib.

Şirkət təsdiqləyib ki, 2026-cı ildə yeni smartfon modellərinin təqdimatı planlaşdırılmır. Lakin bu, ASUS-un mobil bazardan birdəfəlik getməsi demək deyil. Mobil bölmə fəaliyyətini davam etdirəcək: artıq satılmış cihazlara texniki dəstək göstəriləcək, həmçinin proqram təminatı yeniləmələri buraxılacaq. Eyni zamanda, şirkət il ərzində mobil bazardakı tendensiyaları yaxından izləyəcək.

Digitimes analitiklərinin sənaye daxilindəki mənbələrə istinadən verdiyi məlumata görə, bu cür resursların yenidən istiqamətləndirilməsi ASUS-a daha perspektivli sahələrə fokuslanmağa imkan verəcək. Xüsusilə də süni intellekt funksiyaları ilə təchiz olunan ağıllı eynəklər və digər innovativ elektronika istiqaməti prioritet kimi göstərilir.

Beləliklə, ASUS smartfon bazarı ilə vidalaşmır, sadəcə pauza verir — və bu pauza gələcəkdə tamamilə fərqli, daha iddialı məhsulların xəbərçisi ola bilər.

Micron 2026-cı il üçün yaddaş bazarı ilə bağlı xəbərdarlıq edir: qiymətlər artacaq, qıtlıq dərinləşəcək

2025-ci ilin sonuna yaxın yaddaş çiplərinin qiymətləri ciddi şəkildə yüksəldi və bu artım hələ də davam edir. Qlobal bazardakı vəziyyətlə bağlı Micron şirkətinin top-meneceri Maneş Bhatiya açıqlama verib. Qısa desək — bazarı daha çətin dövr gözləyir.

Bhatiyanın sözlərinə görə, Micron artıq 2026-cı il üçün yaddaş çiplərinin istehsalı ilə bağlı yeni sifariş qəbul etmir. Şirkətin istehsal gücü tam şəkildə dolub və bütün il əvvəlcədən planlaşdırılıb. Bu səbəbdən PC və smartfon istehsalçıları indidən 2027-ci il üçün növbəyə dayanmağa, müqavilələri isə artıq yüksəlmiş qiymətlərlə bağlamağa başlayıblar.

Əsas problem istehlak elektronikası üçün nəzərdə tutulan çiplər deyil, süni intellekt sürətləndiriciləri üçün HBM yaddaşına olan kütləvi tələbatdır. Bu çiplərə üstünlük verilməsi nəticəsində podratçı istehsalçılar DDR və GDDR kimi geniş istifadə olunan yaddaş növlərini böyük həcmdə istehsal edə bilmirlər. Nəticədə bu seqmentdəki qıtlığın ən azı gələn ilə qədər davam edəcəyi gözlənilir.

Bhatiya vəziyyətin daha da ağırlaşacağını düşünür. Onun fikrincə, robot texnologiyaları və pilotsuz avtomobillər sahəsinin sürətli inkişafı çiplərə olan tələbatı daha da artıracaq və bazardakı balansı pozacaq.

Bunun fonunda Counterpoint Research analitikləri 2026-cı ildə qlobal smartfon tədarükünün 2,1% azalacağını proqnozlaşdırır. Artıq OPPO, Xiaomi və Transsion qrupuna daxil olan brendlər (TECNO, Infinix, iTel) də 2026-cı il üçün satış hədəflərini aşağı salmağa başlayıblar.

Honor Magic 8 RSR Porsche Design — стильный и мощный флагман

Honor Magic 8 RSR Porsche Design

Кроме ультратонкого смартфона Magic 8 Pro Air компания Honor на презентации в Китае представила модель Magic 8 RSR Porsche Design. Задняя панель смартфона выполнена из микрокристаллической нанокерамики с твердостью 8,5 по шкале Мооса и зеркальной полировкой класса A0. Honor называет этот материал «единственной настоящей керамикой на рынке». Дизайн блока камер имитирует матричные фары Porsche.

Honor Magic 8 RSR Porsche Design получил 6,71-дюймовый LTPO OLED-экран с разрешением 1,5K (2808 х 1256 пикселей), динамической частотой обновления 1-120 Hz, ШИМ-частотой 4320 Hz, максимальной яркостью1800 нит и пиковой 6000 нит. Для защиты дисплея используется стекло Giant Rhino Glass.

Смартфон построен на базе 3-нм процессора Snapdragon 8 Elite Gen 5, за графику отвечает ускоритель Adreno 840. Конфигурации памяти две: 16/512 Gb и 24 Gb/1 Tb. В набор основной камеры входит три датчика: главный на 50 Мп (1/1,3″, f/1,6, PDAF, OIS), широкоугольный объектив на 50 Мп (1/2,0″, угол захвата 122 градуса) и перископический модуль на 200 Мп (1/1,4″, f/2,6, оптический зум 3.7х). Фронтальная камера разрешением 50 Мп (f/2.0). Обработкой фотографий занимается фирменный ИИ AiMAGE. Также для фотоэнтузиастов Honor выпустила специальный фотокомплект для Magic 8 RSR с 200-мм объективом 2,35X.

Honor Magic 8 RSR Porsche Design

Кремний-углеродный аккумулятор емкостью 7200 мАч поддерживает проводную зарядку мощностью 120 Вт и 80 Вт по воздуху. Смартфон поддерживает 5G, спутниковую связь, Wi-Fi 7, Bluetooth 6.0, NFC и GPS. Есть 2 x nanoSIM, порт USB Type-C 3.2 Gen1, стереодинамики, высокая защита IP68/IP69K и 3D-ультразвуковой сканер отпечатков, встроенный в экран. Габариты составляют 161,15 x 75 x 8,45 мм, вес – 239 гр. Аппарат работает под управлением Android 16 с интерфейсом Magic UI 10.

Цены на Honor Magic 8 RSR Porsche Design: 16/512 Gb — $1149, 24 Gb/1 Tb — $1291. Старт продаж ожидается 23 января. Покупателям предложат две расцветки корпуса: сланцево-серую и светло-фиолетовую Moonstone.

Honor Magic 8 Pro Air təqdim edildi: qələmdən nazik, Galaxy S25 Ultra-dan güclü

Honor rəsmi olaraq yeni nazik və kompakt flaqman smartfonu — Honor Magic 8 Pro Air modelini təqdim edib. Korpusun qalınlığı cəmi 6,1 mm təşkil edir. Bu göstərici ilə o, iPhone Air və Samsung Galaxy S25 Edge-dən bir qədər qalındır, lakin fərq cəmi bir neçə millimetrdir. Bununla belə, smartfon 5500 mA·s tutumlu silikon-karbon batareya ilə təchiz olunub ki, bu da Galaxy S25 Ultra və iPhone 17 Pro Max-dan daha böyükdür.

Smartfonun sürətli şarj imkanları da flaqman səviyyəsindədir: 80 Vt naqil ilə, 50 Vt isə naqilsiz.

Bu ölçüdə smartfon üçün iri batareya Honor Magic 8 Pro Air-in əsas üstünlüklərindən biridir, lakin təkcə bununla bitmir. Yenilik MediaTek Dimensity 9500 adlı ən yeni flaqman prosessor üzərində qurulub və performans baxımından əvvəlki nəsil flaqmanları, o cümlədən Galaxy S25 Ultra-nı geridə qoyur.

Ekranın diaqonalı 6,31 düym, icazəsi 1,5K, yenilənmə tezliyi 120 Hz-dir. Maksimal parlaqlıq 6000 nit səviyyəsinə çatır. Displey gözləri yormur — PWM tezliyi 4320 Hz təşkil edir və titrəmə yoxdur.

Kamera sistemi üç moduldan ibarətdir:

  • 50 MP əsas kamera

  • 50 MP ultra-geniş bucaqlı kamera

  • 64 MP periskop teleobyektiv (3,2x optik ZOOM)

Əsas sensor böyük ölçülüdür — 1/1,3 düym, bu da onu Honor Magic 8 Pro ilə eyni səviyyəyə çıxarır. Ön kamera da iddialıdır — 50 MP.

Smartfon IP69 standartı üzrə suya və toza qarşı tam qorunur, NFC də mövcuddur. Ölçülər: 150,5 × 71,9 × 6,1 mm, çəkisi isə cəmi 155 qramdır. Qurğu qutudan Android 16MagicOS 10 interfeysi ilə çıxır.

Qiymətlər:

  • 12/256 GB — 717 dollar

  • 12/512 GB — 760 dollar

  • 16/512 GB — 803 dollar

  • 16 GB / 1 TB — 860 dollar

Tarixdə belə sərvət olmayıb: İlon Mask 800 milyard dollara yaxınlaşır

İlon Maskın tarixdə 800 milyard dollarlıq sərvətə yaxınlaşan ilk insan olmağına bir addım qalıb. Forbes məlumatına görə, bu ayın əvvəlində Maskın xAI Holdings şirkəti özəl investorlar tərəfindən 20 milyard dollar cəlb edib. Bunun ardından şirkətin bazar dəyəri 250 milyard dollara yüksəlib.

Bu rəqəm Maskın ötən ilin martında süni intellekt startapı xAI-ni sosial şəbəkə X (keçmiş Twitter) ilə birləşdirərkən səsləndirdiyi 113 milyard dollarlıq qiymətləndirmədən iki dəfədən çoxdur. Forbes-in hesablamalarına görə, sözügedən razılaşma Maskın xAI Holdings-dəki 49%-lik payının dəyərini 62 milyard dollar artıraraq 122 milyard dollara çatdırıb.

Nəticədə, dünyanın ən varlı insanı olan İlon Maskın ümumi sərvəti Forbes-un real vaxt rejimində yenilənən milyarderlər siyahısına əsasən rekord səviyyəyə — 780 milyard dollara yüksəlib.

xAI-yə sərmayə qoyan digər tanınmış milyarderlər arasında Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Vəlid bin Talal Əl-Səud, Twitter-in ilk investorlarından biri, Twitter-in həmtəsisçisi Cek Dorsi və Oracle-ın həmtəsisçisi Larri Ellison da var. Qeyd edək ki, Ellison 2022-ci ildə Maskın Twitter-ini 44 milyard dollara alması zamanı bu sövdələşməyə 1 milyard dollar yatırmışdı.

Forbes-un qiymətləndirməsinə əsasən, şahzadə Əl-Vəlid xAI Holdings-in 1,6%-lik payına sahibdir və bu payın dəyəri təxminən 4 milyard dollar təşkil edir. Cek Dorsi və Larri Ellison isə hər biri 0,8% paya malikdir — bu payların hər birinin dəyəri 2,1 milyard dollar civarındadır. Bununla da Dorsinin sərvəti 6 milyard dollara, Ellisonun sərvəti isə 241 milyard dollara yüksəlib.

Honor представил ультратонкий смартфон Magic 8 Pro Air с продвинутой камерой

Honor Magic 8 Pro Air

Компания Honor представила в Китае компактный флагманский смартфон Magic 8 Pro Air — это самая тонкая и легкая модель серии Magic 8. При толщине корпуса всего 6,1 мм и весе 155 гр. аппарат получил мощное железо. Для сравнения: толщина iPhone Air составляет 5,6 мм, Galaxy S25 Edge — 5,8 мм.

Honor Magic 8 Pro Air

Honor Magic 8 Pro Air оснащен 6,31-дюймовым LTPO OLED-экраном с разрешением 1,5K (2640 х 1216 пикселей), частотой обновления 1-120 Hz, ШИМ-частотой 4320 Hz, максимальной яркостью1800 нит и пиковой 6000 нит. Есть поддержка Dolby Vision. Толщина рамок составляет всего 1,08 мм, а защищает дисплей стекло Giant Rhino Glass. В экран встроен 3D-ультразвуковой сканер отпечатков.

В основе смартфона лежит флагманский 3-нм процессор MediaTek Dimensity 9500, графика — Mali G1-Ultra. Предусмотрено до 16 Gb оперативной памяти LPDDR5X и накопитель UFS 4.0 емкостью до 1 Tb. Несмотря на компактность, Magic 8 Pro Air получил продвинутый набор камер. В основную входят главный датчик на 50 Мп (1/1,3″, f/1.6, ЭФР 23 мм, OIS), сверхширокоугольный объектив на 50 Мп (f/2.0, автофокус, макро 2,5 см, угол захвата 122 градуса) и перископический телемодуль на 64 Мп (f/2.6, оптический зум 3.2х, OIS). Селфи-камера на 50 Мп (f/2.0) расположена в отверстии по центру. Обе камеры могут записывать видео 4К@60/30fps. Кроме того, имеется мощная 5-сегментная LED-вспышка с регулируемой шириной светового потока.

Honor Magic 8 Pro Air

Honor Magic 8 Pro Air оснащен кремний-углеродным аккумулятором емкостью 5500 мАч — больше, чем у Samsung Galaxy S25 Ultra и iPhone 17 Pro Max. Поддерживаются быстрая проводная зарядка мощностью 80 Вт и беспроводная на 50 Вт.В оснащение смартфона также входят поддержка 5G, Wi-Fi 7, Bluetooth 6.0, NFC, GPS, ИК-пульт, две nanoSIM + eSIM, порт USB 2.0 Type-С, стереодинамики и линейный вибромотор. Корпус выполнен из авиационного алюминия и защищен по стандартам IP68 и IP69. Полные габариты устройства составляют 150,5 х 71,9 х 6,1 мм. Аппарат работает под управлением Android 16 с интерфейсом Magic UI 10. Смартфон способен интегрироваться в экосистему Apple: передавать файлы на iPhone и Mac и отображать рабочий стол смартфона на Mac.

Цены на Honor Magic 8 Pro Air: 12/256 Gb — $717, 12/512 Gb — $760, 16/512 Gb — $803, 16 Gb/1 Tb — $860. На выбор предлагаются четыре расцветки корпуса: оранжевая, фиолетовая, белая и черная. Продажи в Китае стартуют 23 января, когда состоится глобальный запуск – не сообщается.

OpenAI Neuralink-ə daha təhlükəsiz alternativ yaradan beyin texnologiyasına sərmayə yatırdı

OpenAI İlon Maskın Neuralink beyin çiplərinə alternativ hazırlayan Merge Labs startapına 250 milyon dollar investisiya edib. Yeni texnologiyanın əsas üstünlüyü ondan ibarətdir ki, çipin quraşdırılması üçün xəstənin kəllə sümüyünün açılmasına ehtiyac yoxdur.

Neuralink-dən fərqli olaraq, Merge Labs invaziv olmayan, naqilsiz texnologiya üzərində çalışır. Bu yanaşma beyin əməliyyatları aparmadan reabilitasiya proseslərini və iflic olmuş insanlara yardım imkanlarını genişləndirə bilər. İnsan beynindəki siqnallarla əlaqə isə ultrasəs texnologiyası vasitəsilə qurulacaq.

OpenAI öz bloqunda bildirib ki, beyin–kompüter interfeysləri (BCI) texnologiyanın inkişafında yeni və son dərəcə vacib mərhələdir:

“Beyin–kompüter interfeysləri ünsiyyət, öyrənmə və texnologiya ilə qarşılıqlı əlaqə üçün tamamilə yeni imkanlar açır. Bu texnologiya insan yönümlü və təbii şəkildə süni intellektlə əlaqə qurmağa imkan verəcək.”

Merge Labs barədə ilk məlumatlar 2025-ci ilin avqustunda ortaya çıxmışdı. Bu yaxınlarda şirkət ilkin investisiya mərhələsini tamamladığını elan edib. OpenAI-nin yatırımı startapın 850 milyon dollar dəyərində qiymətləndirilməsi fonunda 250 milyon dollar təşkil edir. İnvestorlar arasında Interface Fund, Bain Capital, Fifty YearsValve şirkətinin rəhbəri Qeyb Nyuel də yer alır.

Gələcəkdə bu texnologiya yalnız xəstələr üçün deyil, tam sağlam insanlar üçün də faydalı ola bilər. Nəzəri olaraq, beyin–neyroşəbəkə interfeysi vasitəsilə süni intellekt tətbiqlərini birbaşa düşüncə gücü ilə idarə etmək mümkün olacaq. Kommersiya versiyasının təqdimat tarixi hələ açıqlanmayıb.

Steam 2026-cı il üçün bütün endirimlərin rəsmi cədvəlini açıqladı

2026-cı il yeni başlasa da, Valve artıq Steam platformasında ilin sonuna qədər keçiriləcək bütün endirim və festivalların tarixlərini açıqlayıb. Şirkət bununla oyunçulara alış-verişlərini əvvəlcədən planlamaqda kömək etməyi hədəfləyir.

2026-cı ildə Steam istifadəçilərini gözləyən endirimlər bunlardır:

Detektiv Oyunlar Festivalı: 12–19 yanvar

Stolüstü Oyunlar Festivalı: 26 yanvar – 2 fevral

Yazı və Çap Oyunları Festivalı: 5–9 fevral

PvP Oyunları Festivalı: 9–16 fevral

Atlar Haqqında Oyunlar Festivalı: 19–23 fevral

Fevral “Oyunlar Olacaq” Festivalı (Steam Next Fest): 23 fevral – 2 mart

Qüllə Müdafiəsi Oyunları Festivalı: 9–16 mart

Steam Yaz Endirimi 2026: 19–26 mart

Ev və İnteryer Oyunları Festivalı: 30 mart – 6 aprel

Əşyaların Axtarışı Oyunları Festivalı: 9–13 aprel

Orta Əsrlər Festivalı: 20–27 aprel

Kart Dəstəsi Qurma Oyunları Festivalı: 4–11 may

Dənizlər və Okeanlar Festivalı: 18–25 may

Güllə və Atıcı Oyunlar Festivalı: 8–15 iyun

İyun “Oyunlar Olacaq” Festivalı (Steam Next Fest): 15–22 iyun

Steam Yay Endirimi 2026: 25 iyun – 9 iyul

Sosial Deduksiya Oyunları Festivalı: 13–16 iyul

Qatarlar Festivalı: 20–27 iyul

Kiberpank Festivalı: 3–10 avqust

Boulinq və Sancaqlar Festivalı: 17–20 avqust

PvE Sağqalma və Kraft Oyunları Festivalı: 31 avqust – 7 sentyabr

Proqramlaşdırma Oyunları Festivalı: 10–14 sentyabr

Qrup Rol Oyunları Festivalı: 14–21 sentyabr

Steam Payız Endirimi 2026: 1–8 oktyabr

Kulinariya Oyunları Festivalı: 12–19 oktyabr

Oktyabr “Oyunlar Olacaq” Festivalı (Steam Next Fest): 19–26 oktyabr

Steam-də Qorxular 5 (Halloween) endirimi: 26 oktyabr – 2 noyabr

Avtobattler Rol Oyunları Festivalı: 16–23 noyabr

Steam Qış Endirimi: 17 dekabr 2026 – 4 yanvar 2027

Beləliklə, Valve 2026-cı il ərzində demək olar ki, hər ay bir neçə tematik endirim keçirməyi planlaşdırır. Böyük mövsümi endirimlərə əlavə olaraq, şirkət Black Friday (Qara Cümə) endiriminin də keçiriləcəyini təsdiqləyib, lakin onun dəqiq tarixi daha sonra açıqlanacaq.

TikTok запустил приложение PineDrama для короткометражных драм

TikTok PineDrama

Видеосервис TikTok запустил новое приложение под названием PineDrama для короткометражных драм, поскольку этот жанр набирает популярность. Короткие вертикальные видео продолжительностью от нескольких десятков секунд до нескольких минут, предназначены для просмотра на смартфоне. По сути, это TikTok, но каждое видео представляет собой серию вымышленной истории.

В настоящее время приложение доступно бесплатно и без рекламы для владельцев устройств на базе платформ iOS и Android в США и Бразилии. Мини-сериалы сортируются по категориям «Все» или «Популярные», либо через рекомендации, подобранные в соответствии со вкусами пользователя. Найти контент можно через вкладку «Discover». PineDrama предлагает множество жанров, включая триллеры, мелодрамы, семейные сериалы и многое другое. Есть разделы «История просмотров» и «Избранное», где можно вернуться к ранее увиденным мини-сериалам и сохранить понравившиеся. Просмотр контента доступен в полноэкранном режиме — без субтитров и боковой панели.

На популярных платформах для просмотра мини-сериалов, таких как DramaBox и ReelShort, бесплатно доступны только некоторые эпизоды, за просмотр остальных серий придется платить $20 в неделю или больше. По оценкам Owl & Co., формат микродрам принес в США $1,3 млрд. в 2025 году.