Şirkətin icraçı direktoru Erik Suy qeyd edib ki, cari ilin sonunadək Huawei 100 milyard dollar gəlir əldə edəcək. Bu, Huawei tarixində rekord göstərici olacaq.
Çin smartfon istehsalçısı ilk yarımillikdə təxminən 49 milyard dollar qazanmışdı. Samsung-dan sonra dünya smartfon bazarında ikinci yeri tutan şirkət cari ildə satışları 43% artıra bilib. Müqayisə üçün deyək ki, bazarın lideri Samsung artıq geriləməyə başlayıb və ötən il ilə müqayisədə 15% satışları azalıb.
Apple şirkəti reytinqdə üçüncü pillədə qərarlaşıb. Top 5 smartfon istehsalçıları siyahısını isə Xiaomi və Oppo qapayır.