AnTuTu 2026-cı ilin avqust ayı üzrə Android smartfonlarının subflaqman seqmentində ən məhsuldar modellərin reytinqini açıqlayıb. Siyahının lideri Honor 600 Pro olub. Smartfon testlərdə orta hesabla 2 187 704 bal toplayaraq birinci pilləyə yüksəlib.
Söhbət məhz Çin bazarı üçün nəzərdə tutulan Honor 600 Pro modelindən gedir. Bu versiya MediaTek Dimensity 8550 Elite platforması əsasında qurulub. Xatırladaq ki, qlobal bazar üçün təqdim olunan Honor 600 Pro isə Snapdragon 8 Elite prosessoru ilə təchiz edilir.
İkinci yeri Oppo Reno 16 tutub. Dimensity 8550 Super çipseti ilə çalışan smartfon 2 145 230 bal nəticə göstərib. Üçüncü pillədə isə Dimensity 8500 Super platformalı Oppo K15 Pro qərarlaşıb — 2 132 203 bal.
Reytinqin daha bir diqqətçəkən məqamı var: ilk onluğun tamamı MediaTek çipsetli smartfonlardan ibarətdir. Bu, flaqman modellərin avqust reytinqindən kəskin fərqlənir. Həmin siyahının bütün iştirakçıları Qualcomm platformalarından istifadə edir.
AnTuTu-nun avqust reytinqi
- Honor 600 Pro — 2 187 704 bal
- Oppo Reno 16 — 2 145 230 bal
- Oppo K15 Pro — 2 132 203 bal
- Honor WIN Turbo — 2 130 437 bal
- Oppo Reno 15 Pro — 2 116 989 bal
- iQOO Z11 — 2 115 985 bal
- Oppo Reno 15 — 2 098 073 bal
- Xiaomi 17T — 2 083 881 bal
- Redmi Turbo 5 — 2 042 029 bal
- Oppo K13 Turbo 5G — 2 006 113 bal
Məlumatlar 1–31 avqust 2026-cı il tarixlərində Çində AnTuTu V11 vasitəsilə toplanıb. Reytinqdə hər modelin əldə etdiyi ən yüksək nəticə deyil, orta göstərici nəzərə alınır. Buna görə də konkret testlərdə ayrı-ayrı smartfonlar siyahıda göstərilən rəqəmdən daha yüksək nəticə göstərə bilər.











