spot_img
12 февраля, 2026
spot_img
ДомойТелекомСобытияSamsung Galaxy Unpacked təqdimatının tarixini açıqladı

Samsung Galaxy Unpacked təqdimatının tarixini açıqladı

Samsung rəsmi olaraq növbəti Galaxy Unpacked tədbirinin keçiriləcəyi tarixi təsdiqləyib. Şirkət, əvvəlki tizerlərdə olduğu kimi, yeni cihazların adını birbaşa çəkməsə də, artıq gələcək flaqman model üçün ön sifarişləri açıb.

Təqdimat 25 fevral 2026-cı il, ABŞ-da Sakit okean vaxtı ilə saat 10:00-da baş tutacaq. Canlı yayımı şirkətin rəsmi saytındaYouTube kanalında izləmək mümkün olacaq.

Promo materiallarda Samsung “davamlı şəkildə genişlənən Galaxy ekosisteminin təkamülü” ifadəsini vurğulayıb. Yeni cihazların bron edilməsi artıq rəsmi sayt üzərindən mümkündür və təqdimata qədər davam edəcək.

Ötən illə müqayisədə Samsung tədbiri bir ay gecikdirib. Şayiələrə görə, bu qərar Exynos 2600 prosessorunun hazırlanması zamanı yaranan çətinliklərlə bağlıdır. Galaxy S26 seriyasının satışlarının martın əvvəlində start götürəcəyi gözlənilir. Tədbirdə həmçinin yeni nəsil Galaxy Buds qulaqlıqlarının da təqdim olunacağı ehtimal edilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,822ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
718ПодписчикиПодписаться
- Реклама -
- Реклама -