OnePlus yaxınlaşan flaqman modeli OnePlus 15-ə marağı daha da artırmaqda davam edir. Şirkət rəsmi Weibo hesabında yeni paylaşım edərək Glacier Cooling adlanan innovativ soyutma sistemi barədə məlumat verib.Yeni sistem supernazik polad təbəqələrdən ibarətdir — bu material əvvəlki modellərlə müqayisədə istiliyi iki dəfə daha sürətli yayma qabiliyyətinə malikdir. Bundan əlavə, cihazda kosmik səviyyəli izolyasiya materialından hazırlanmış aerogel təbəqəsi və sahəsi 5778 mm² olan böyük buxar kamerası yerləşir.
Soyutma sistemində həmçinin Gaming Hand Cooling Model adlanan 10 zonalı soyutma mexanizmi istifadə olunur. Bu sistem sayəsində oyun zamanı istifadəçinin barmaqları sərin qalır və cihaz qızmır.
OnePlus 15 modelinin rəsmi təqdimatı gələn həftə baş tutacaq, ardınca isə qlobal bazarda satışa çıxarılması gözlənilir.