Samsung Galaxy S26 seriyasının təqdimatına təxminən dörd ay qalsa da, yeni flaqman haqqında əksər məlumatlar artıq məlumdur. İndi isə Galaxy S26 Ultra-nın kamera imkanları üzə çıxıb: smartfon əvvəlki modeldəki kimi dörd arxa kameraya sahib olacaq, amma gecə çəkilişlərinin keyfiyyəti xeyli yaxşılaşdırılacaq.
@UniverseIce insayderin məlumatına görə, gələcək flaqmanın kamera konfiqurasiyası aşağıdakı kimi olacaq:
- Əsas modul – 200 MP, f/1.4 diafraqma ilə
-
Ultra geniş bucaq – 50 MP, f/1.9
-
3x zoom teleobyektiv – 12 MP, f/2.4
-
5x zoom teleobyektiv – 50 MP, f/2.9
Galaxy S25 Ultra ilə müqayisədə əsas və periskop kameraların diafraqması genişləndirilib. Bu dəyişiklik sayəsində əsas sensor 47% daha çox işıq, periskop kamera isə 38% daha çox işıq qəbul edə biləcək. Nəticədə zəif işıqda çəkilişlərdə səs-küy azalacaq, detallar isə daha aydın görünəcək.
Üstəlik, 12 MP-lik teleobyektiv əvvəlki 10 MP-lik versiya ilə müqayisədə 20% daha yüksək icazəyə malikdir ki, bu da şəkillərin dəqiqliyini artıracaq.