spot_img
19 августа, 2025
spot_img
ДомойТехнологииОбзорыASUS Expert P qurğuları ofis reallıqlarını dəyişir

ASUS Expert P qurğuları ofis reallıqlarını dəyişir

ExpertBook P1, P3 və P5 noutbuklarını, ExpertCenter P400 AiO monobloklarrı və kompakt ExpertCenter P500 Mini Tower masaüstü kompüterini özündə birləşdirən ASUS Expert P qurğuları xətti biznes proseslərini sadələşdirmək və kiçik və orta kommersiya müəssisələrində biznes proseslərinin məhsuldarlığını təmin etmək üçün süni intellektlə çalışan güclü alətlər təklif edir.

Bu cihazlar virtual görüşlərə yanaşma tərzinizi dəyişdirən ASUS AI ExpertMeet xüsusiyyətinə malikdir və onları qabaqcıl süni zəka ilə təchiz edilmiş alətlərlə daha səmərəli edir və müsbət nəticə əldə etmək üçün mükəmməldir:

  • Real zaman rejimində süni intellekt əsaslı tərcümə. Siz həmkarlarınız və tərəfdaşlarınızla rahatlıqla müxtəlif dillərdə ünsiyyə qura bilərsiniz.
  • Danışanın eyniləşdirilməsi və səsin artırılması. Bu funksiya spikerin nitqini izləməyə imkan verir, eyni zamanda səlis səsi təmin etmək üçün uyğunlaşan səsboğma alətlərinə malikdir.
  • Süni intellekt üzərindən iclasların protokollaşması. Bu funksiya müzakirə bəndlərini avtomatik qeyd etməyə, əsas tezislər üzrə danışıqların rezümesini yaratmağa, qeydlərin aparılma ehtiyacını aradan qaldırmaqla, ünsiyyət qurmağa imkan verir.
  • Tənzimlənən vizit kartları və kamera və ekran üçün su nişanları (watermark). Fərdiləşdirilmiş vizual effektlərvirtual görüş zamanı sizə daha peşəkar görünməyə imkan verir.

Analoji olaraq, ExpertPanel cari istifadə modelləri əsasında məhsuldarlığı optimallaşdırmaq üçün cihazda sistem parametrlərini avtomatlaşdıraraq, hesablama mühiti üçün komanda mərkəzi funksiyasını yerinə yetirir. Bu, ümumi istifadəçi təcrübəsini təkmilləşdirməklə yanaşı, həm də cihazın vaxta və enerjiyə qənaət edərək, maksimum səmərəlilikdə işləməsini təmin edir. Süni intellektlə işləyən parametrlərə enerji idarəetməsinin optimallaşdırılması, kritik tapşırıqların icrası zamanı akumulyatorun iş ömrünün uzadılması və sistem resurslarının ən səmərəli şəkildə bölüşdürülməsi kimi funksiyalar daxildir.

Süni intellekt üzərindən çalışan bu cür mürəkkəb alətləri birləşdirərək, ASUS ExpertBook P seriyası peşəkarlara öz işlərini yerinə yetirmək imkanı verməklə yanaşı, həm də iş proseslərini asanlaşdırır. Əlavə olaraq, bu texnologiyaların birləşməsi, ASUS-un peşəkar hesablamanın sərhədlərini genişləndirir və biznes imkanlarının artmasına vasitəçilik edir.

ASUS ExpertBook P1 — yüksək məhsuldarlıq və münasib qiymət

ASUS ExpertBook P1 (P1403) şirkətin ənənəvi B2B modelindən imtina edən ilk kommersiya noutbukudur. Bu, xəttin ilkin mərhələ modeli ilə istehsalçı birbaşa son istehlakçılara üz tutaraq, daha geniş auditoriyanı əhatə etməyi hədəfləyir. Biznes üçün mükəmməl həmkar qismində təqdim olunan bu noutbuk, istehsalçı vədlərini tamamiləideal bir iş yoldaşı kimi yerləşdirilən və həqiqətən də bu vədi yerinə yetirən giriş səviyyəli noutbukdur. Münasib qiymətinə baxmayaraq, ASUS ExpertBook P1 biznes yönümlü noutbukun tələblərinin əksəriyyətinə cavab verir, yüksək məhsuldarlıq, aydın təsvir, rahat yazı və etibarlı quruluş keyfiyyəti təmin edir. Barmaq izi skaneri və TPM 2.0 kriptoprosessoru kimi əlavə təhlükəsizlik funksiyaları, həmçinin McAfee antivirusuna pulsuz bir illik abunəlik və əlavə zəmanət qismində təqdim olnan xoş bonuslar bu cihazı almağa vadar edən səbəblərdəndir. Diaqonalı daha böyük olan geniş ekranlı noutbuk tələb olunduğu halda isə, 15,6 düymlük displeylə təchiz edilmiş ExpertBook P1 (P1503) modelinə üz tutmağınız tövsiyyə olunur.

ASUS ExpertBook P3 — hibrid işə hazır universal cihaz

Kiçik və orta biznes, habelə daha çox hibrid iş üsulunu seçən peşəkarlar üçün nəzərdə tutulmuş ExpertBook P3 modeli portativliyi və məhsuldarlığı özündə birləşdirir. Noutbuk Intel Core i7-13620H prosessoru, 64 GB-a qədər DDR5 RAM və iki PCIe 4.0 SSD ilə təchiz oluna bilər. Optimallaşdırılmış tərtibat, su keçirməyən klaviatura, əlavə infraqırmızı kamera və məxsusi ASUS ExpertCool soyutma sistemi ilə təchiz edilmiş bu model gün ərzində rahatlıq, məhsuldarlıq və səssiz iş təmin edir. Çevik iş və ya təhsil üçün etibarlılıq və konfidensiallığı gözə alanların mükəmməl seçimdir.

ASUS ExpertBook P5 — inanılmaz məhsuldarlıq, yüksək tıhlükəsizlik və ətraf mühitin qorunması

ExpertBook P5-i buraxmaqla, ASUS peşəkar iş üçün nəzərdə tutulan notebook haqqında təsəvvürləri tamamilə dəyişdi. Bu model “Lunar Lake” kod adlı Intel Core Ultra arxitekturası üzərində yaradılıb. 45 TOPS-dan artıq məhsuldarlıq və 100 TOPS-dən yuxarı platforma hesablama gücü təqdim edən neyron prosessoru ilə onun süni intellekt göstəriciləri birinci nəsil Intel Core Ultra prosessorları ilə müqayisədə 3 dəfədən çox artıb. Bununla bərabər, ExpertBook P5 yetərincə səssiz işləyir və demək olar ki, qızmır. O, müasir zəmanədə məhsuldar iş və dinamik həyat üçün mükəmməldir, kiçik bizneslər, startaplar və ev ofisləri isə ən son texnoloji nailiyyətləri özündə birləşdirən bu cihazdan yararlana bilər. Əlavə olaraq, ExpertBook P5 üç illik zəmanətlə təqdim olunduğundan istifadəçilər cihazın sabitliyinə və təhlükəsizliyinə əmin ola bilərlər.

ExpertBook P5, məhdud İT dəstəyi resurslarına sahib olan bizneslər üçün əla seçimdir. Onun sayəsində istifadəçi texniki xidmət və informasiya təhlükəsizliyi barədə narahat olmadan, diqqətini əminliklə iş prosesinə yönəldə bilər. Noutbuk Windows 11 Secured-core PC, NIST-155 standartına uyğun kommersiya dərəcəli BIOS mühafizəsi və diskret TPM 2.0 modulu (istəyə görə) kimi bir sıra aparat və proqram təminatı vasitəsi ilə məlumat təhlükəsizliyi və istifadəçi məxfiliyi üçün etibarlı qalxan qismində çıxış etdiyindən, zərərli proqramlardan tamamilə qorunur. Ekolojilik baxımından ExpertBook P5 Climate+ və TCO 9.0 sertifikatları ilə EPEAT Gold nişanına malikdir. ASUS-un ekoloji təşəbbüsləri isə korporativ müştərilərinə Carbon Partner Services kompleks həlli kimi layihələr vasitəsi ilə bizneslərinin ekolojiliyini artırmağa yardım edir.

ASUS ExpertCenter P400 AiO — All-in-One biznes cihazlarının gələcəyi

Universal həll axtarışında olan müəssisələr üçün istənilən müasir iş sahəsinə uyğun gələn yığcam, dəbli dizaynda yüksək məhsuldarlıq təqdim edir ExpertCenter P400 AiO monobloku təklif olunur. Monoblok 23,8 (P440VA) və ya 27 düymluq (P470VA) Full HD icazəli displey seçimlərində əlçatandır. O, ASUS-un faydalı iş sahəsinin maksimallaşdırılması yanaşmasını mükəmməl şəkildə əks etdirir. Müsbət təəssurat bağışlayan ekranın gövdəyə nəzərən 93%-lik nisbəti, nazik çərçivəli və əvvəlki modellərdən 25% daha incə forma faktorlu bu cihaz həm də vizual olaraq olduqca cəlbedici görünür. Parıltını əks etdirən örtük və göy işığın minimal şüalanma səviyyəsi üzrə TÜV Rheinland sertifikatlaşması kimi əlavələr, uzun müddət iş başında keçirən peşəkarlar üçün məxsusi önəm daşıyır. İcazəsiz əlçatımlıqla bağlı narahatlıqların artdığı bir dövrdə pop-up yəni dartılaraq, çıxarılan veb-kamera olduqca maraqlı təklifdir. ExpertCenter P400 AiO həmçinin video zənglər və multimedia faylları ilə iş üçün yüksək keyfiyyətli səs keyfiyyətini təmin edən Dolby Atmos audio sisteminə malikdir. VESA bərkitmə uyğunluğu və zərif korpus ExpertCenter P400 AiO-nu həqiqətən universal həllə çevirir. Cihazda tətbiq olunan informasiya təhlükəsizliyi funksiyaları və geniş uyğunluq kiçik biznes üçün nəzərdə tutulan əhəmiyyətli üstünlüklərdir.

ASUS ExpertCenter P500 Mini Tower — biznes hesablamarı haqqında təsəvvürü alt-üst edən məhsuldarlıq

Sürətlə dəyişən biznes dünyasında yüksək məhsuldarlıqlı, enerjiyə qənaət edən və təhlükəsiz masaüstü kompüter gündəlik tapşırıqların icrası üçün zəruri şərtdir. Məhz buna görə də ASUS bütün bu tələblərə cavab verən korporativ səviyyəli masaüstü kompüter olan ExpertCenter P500 Mini Tower-in istehsalına başladı.

Intel Core i7-13620H-ə qədər prosessorlar və RTX 5060-a qədər NVIDIA GeForce qrafikası, innovativ ASUS Tower Air Cooler və məhsuldarlığı artıran qabaqcıl süni intellektlə işləyən alətlərlə ExpertCenter P500MV biznes üçün nəzərdə tutulan masaüstü kompüterlər bazarında yeni oyunçudur. Müstəsna enerji səmərəliliyi sayəsində bu güclü masaüstü kompüter həm də elektrik enerjisinə 38%-ə qədər qənaət edir, onun düşünülmüş gövdə dizaynı isə asan texniki xidmət və təkmilləşdirmələr üçün komponentlərə alətsiz giriş təklif edir və bizneslərə öz hesablama sistemini artan ehtiyaclara asanlıqla uyğunlaşdırmağa imkan verir. Beləliklə ExpertCenter işində distant kommunikasiyalardan istifadə edən şirkətlər üçün P500 Mini Tower-i mükəmməl seçim edir.

ASUS ExpertGuardian texnologiyası korportiv səviyyəli hərtərəfli müdafiə etməyə qadirdir. NIST SP 800-155 standartına cavab verən BIOS, beş illik BIOS və drayver yeniləmələri, habelə TPM 2.0 modulu avadanlığn və müstəsna vcib məlumatların təhlükəsiz saxlancını təmin edir. Əlavə olaraq, ExpertCenter P500 Mini Tower hərbi səviyyəli etibarlılığa malik olub, uzunmüddətli fasiləsiz işləmə qabiliyyətini və ehtiyac yarandıqda, operativ texniki dəstəyi təmin etmək üçün ASUS Business Support xidməti tərəfindən dəstəklənir.

ASUS Expert P xətti güclü, enerjiyə qənaət edən və təhlükəsiz biznes kompüterləridir. Ən son Intel prosessorları, hərbi səviyyəli etibarlılıq, süni intellekt üzərindən işləyən məhsuldarlıq alətləri və korporativ səviyyəli təhlükəsizlik sayəsində bu, yalnız İT infrastrukturunu optimallaşdırmaq üçün deyil, həm də özlərini gələcəyə hazırlamağı gözə alan təşkilatlar üçün əla seçimdir. Bu cihazlar uzunmüddətli dəyər, üstün səmərəlilik və süni intellektlə işləyən ağıllı hesablama baxımından ən yaxşı variantlardandır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,923ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -