Xiaomi yeni kameralı ağıllı eynəklərini təqdim edəcəyini açıqlayıb. Şirkət bu yeniliyin anı yaşamaq və baxış bucağını paylaşmaq imkanlarını vurğulayan reklam çarxını yayımlayıb.
Xiaomi daha əvvəl də bu sahədə təcrübə qazanıb — həm artırılmış reallıq eynəkləri, həm də musiqi dinləmək üçün nəzərdə tutulan modellər hazırlayıb. Yeni cihaz isə paylaşılmış görüntülərə əsasən gündəlik istifadə üçün klassik eynək formasında olacaq.
Bu ağıllı eynəklərin rəsmi təqdimatı sabah, 26 iyun tarixində keçiriləcək. Eynəklə yanaşı Xiaomi-nin digər yenilikləri də nümayiş olunacaq — Mix Flip 2 adlı qatlanan smartfon, Pad 7S Pro planşeti, 41 mm-lik Watch S4 ağıllı saatı və Smart Band 10 fitnes qolbağı.