Sentyabr ayının sonunda gələcək qatlana bilən smartfon Motorola Razr 50s haqqında təfərrüatlar ortaya çıxmlşdı və indi Razr 50s Ultra modelinin mövcudluğu təsdiqləndi — cihaz onun dizaynını və xüsusiyyətlərini açıqlayan Çin tənzimləyicilərinin saytında göründü.
Təqdim olunan görüntülərə əsasən, Motorola Razr 50s Ultra görünüşünə görə əvvəllər buraxılmış Razr 50 Ultra-dan heç də fərqlənmir: korpusunun demək olar ki, bütün yarısını tutan, iki kamera obyektivinin və flaşın quraşdırıldığı eyni xarici ekran. Smartfonda nazik çərçivələri olan böyük displey və ön kamera üçün çuxur da var.
Sertifikatdan məlum olur ki, smartfon 45 vatt simli və 15 vatt simsiz şarj alacaq. Müqayisə üçün, adi Razr 50 Ultra 30 Vt simli şarjı dəstəkləyir. Qalan xüsusiyyətlərə gəlincə, hələlik dəqiq məlumat yoxdur.
Yeni qatlanan telefonların buraxılışı bu ilin sonuna qədər gözlənilir.