Apple-ın MacBook-lara qlobal tələbatın kəskin azalması səbəbindən 2023-cü ilin əvvəlində M2 seriyalı çiplərinin istehsalını dayandırdığı bildirilir.
Tayvanın TSMC şirkəti yanvar və fevral aylarında sınaq üçün M2 çiplərinin «plitələrini» göndərməyib. Bunun Apple-ın MacBook-a tələbat azaldığı üçün istehsalın dayandırılmasını tələb etməsi səbəbindən baş verdiyi güman edilir.
Bildirilir ki, dayandırılma fevral ayına qədər davam edib, bundan sonra M2 seriyalı çiplərin istehsalı bərpa edilib. qeyd etmək lazımdır ki, istehsal keçən ilə nisbətən iki dəfə azalıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az