realme şirkəti GT Neo 5 smartfonunun sadələşdirilmiş versiyasını təqdim etməyə hazırlaşır.
Digital Chat Station-ın məlumatına görə, yeni model «şəffaf pəncərəni» və RGB indikatorunu itirəcək, lakin Snapdragon 7 Gen 2 (Qualcomm SM7475), 64 meqapiksellik OmniVision OV64M sensoru, 5500 Mah-a qədər artırılmış batareya və 100 Vt şarj əldə edəcək. Yəqin ki, smartfon GT Neo 5 Lite və ya 5 SE kimi təqdim ediləcək.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az