Naməlum HTC planşeti Google GMS sertifikatından keçib. Və alınan məlumata görə, yeniliyin əsas xüsusiyyətləri:
- 2000×1200 piksel təsvir ölçülü 11 düymlük 2K displey
- MTK G85 prosessoru
- 20 MP əsas kamera
- 8 MP ön kamera
HTC A102-nin microSD yuvası, 8 GB RAM və 128 GB daimi yaddaş alacağı da məlumdur. 8000 mAh batareya isə muxtariyyətə cavabdeh olacaq. Digər diqqətəlayiq xüsusiyyətlərə OTG ilə USB-C 3.0 portu, Bluetooth 5.0 və ikizolaqlı Wi-Fi daxildir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az