Redmi hələ buraxılmamış Redmi 11 Prime 5G smartfonunun dizaynı və əsas texniki xüsusiyyətləri haqqında məlumat yayımladı. Smartfonun təqdimatı sentyabrın 6-da baş tutacaq.
Görüntülərə görə, Redmi 11 Prıme 5G, selfie kamera altında damla şəklində kəsilmiş LCD ekranla, ikiqat kamera ilə teksturasiya edilmiş arxa panel və 3,5 mm qulaqlıq konnektoru ilə təchiz ediləcək.
Həmçinin Redmi 11 Prime 5G-nin Dimensity 700 çipsetini alacağı, batareyanın isə 5000 mAh tutumlu olacağı barədə məlumatlar var. Əsas kamera 50 meqapiksel olacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az