Counterpoint Research analitik şirkəti 2022-ci ilin fevral ayının sonuna olan 5G smartfonlarının satış reytinqini yeniləyib. Siyahıya orta qiymət kateqoriyasına aid qadcet başçılıq edir, ilk 10-luqdakı yerlərin yarısı isə eyni brendin cihazlarına düşüb.
Samsung Galaxy A52s 5G beşinci nəsil şəbəkələri dəstəkləyən qurğular seqmentində satışların sayına görə lider olub. Reytinqin ikinci pilləsində flaqman Galaxy S22 Ultra, üçüncü pillədə isə Galaxy S21 FE qərarlaşıb. Galaxy A32 5G və Galaxy A22 5G modelləri müvafiq olaraq siyahının dördüncü və onuncu sətirlərində yerləşdirilib. Beləliklə, Cənubi Koreya brendinin smartfonları ən populyar 5G cihazların onluğunda beş “mükafat” yeri tutub.
Bundan əlavə, OPPO Reno 7 5G ilk 10-luğa daxil olaraq Çində bestseller oldu. Reytinqin digər iştirakçıları arasında Honor 60 və Honor X30, vivo S12 və Redmi K40 qeyd edilib. Ümumilikdə, 2022-ci ilin fevral ayında Android ilə işləyən qadcetlər 5G cihazlarının qlobal satışlarının 67%-ni, bütün Apple iPhone 12 və iPhone 13 seriyası üzrə 33%-ni təşkil edib. Eyni zamanda, Amerika brendinin smartfonları ilk 10-luğa düşə bilməyib.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az