spot_img
29 июня, 2026
ДомойСайтыСоциальные сервисы“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

SİMA-nın “KYC” (Videoyazı) rəqəmsal həlli “Rabitəbank”ın mobil tətbiqinə (Rabita Mobile) inteqrasiya edilib.

İnteqrasiya nəticəsində vətəndaşlar banka getmədən bank xidmətlərdən yararlana biləcəklər. Bununla da “Rabitəbank”da kart sifarişi və hesab açılışı zamanı şəxsiyyətin təsdiqini SİMA KYC-nin Videoyazı texnologiyası vasitəsilə tam onlayn formada həyata keçirmək mümkün olacaq.

Artıq müştərilər artıq banka yaxınlaşmadan, əlavə sənəd dövriyyəsi və vaxt itkisi olmadan bir neçə dəqiqə ərzində şəxsiyyətini məsafədən təsdiqləyərək bank məhsulları üçün müraciətlərini istənilən vaxt, istənilən yerdən rahat şəkildə rəsmiləşdirə biləcəklər.

Aparılan inteqrasiyanın əsas hədəfi bank xidmətlərinin rəqəmsallaşmasını dəstəkləyərək müştərilərə məsafədən və tam təhlükəsiz xidmət göstərməkdir.

SİMA KYC barədə

SİMA rəqəmsal həllər platforması AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA KYC” (Know Your Customer – Müştərini tanı) rəqəmsal həlli üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən etməyə imkan verir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,754ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -