spot_img
22 мая, 2026
ДомойAVАкустические системыXiaomi ilk klips tipli qulaqlıqlarını təqdim etdi

Xiaomi ilk klips tipli qulaqlıqlarını təqdim etdi

Xiaomi yeni Xiaomi Clip naqilsiz qulaqlıqlarını təqdim edib. Şirkət üçün yeni format sayılan bu model adi TWS qulaqlıqlardan fərqli olaraq qulaq kanalına yerləşdirilmir, birbaşa qulağın üzərinə bərkidilir.

Açıq konstruksiya sayəsində istifadəçi musiqi dinləyərkən ətrafdakı səsləri də eşidə bilir. Buna baxmayaraq, Xiaomi Clip 20 Hz — 48 kHz diapazonunu dəstəkləyən xüsusi 11 mm yüksək amplitudalı dinamiklərlə təchiz olunub.

Şirkət həmçinin səs sızmasının qarşısını almaq üçün istiqamətləndirilmiş audio texnologiyasından istifadə edib. Sistem səs dalğalarını birbaşa qulaq kanalına yönləndirərək ətrafdakılara musiqinin eşidilməsini minimuma endirir.

Qulaqlıqlar süni intellekt əsaslı aktiv səsboğma funksiyasını da dəstəkləyir. Bu xüsusiyyət zəng zamanı kənar səslərin azaldılmasına kömək edir.

Xiaomi Clip bir şarj doldurması ilə 9 saata qədər işləyə bilir. Şarj qutusu ilə birlikdə ümumi avtonomluq 36 saata çatır. Sürətli şarj dəstəyi də var — cəmi 10 dəqiqəlik şarj 2 saat musiqi dinləməyə imkan verir.

Model IP54 standartı üzrə suya və toza qarşı qorunur. İdarəetmə sensor toxunma panelləri vasitəsilə həyata keçirilir və jestlər fərdiləşdirilə bilir.

Xiaomi Clip-in Çində satış qiyməti 799 yuan (təxminən 118 dollar) təşkil edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,770ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -