spot_img
22 мая, 2026
ДомойAI / MLGrok Imagine üçün ən böyük yeniləmə təqdim olundu

Grok Imagine üçün ən böyük yeniləmə təqdim olundu

xAI şirkəti Grok Imagine sistemi üçün indiyədək ən böyük yeniləməni təqdim edib. Artıq Grok tətbiqinin iOS versiyasında istifadəçilər üçün yeni Agent Mode rejimi əlçatandır və bu funksiya süni intellektlə hazırlanmış vizual hekayələri tamamilə yeni səviyyəyə çıxarır.

Əvvəllər AI görüntü generatorlarının ən böyük problemlərindən biri personajların hər kadrda fərqli görünməsi idi. Yeni Agent Mode isə bu problemi demək olar ki, tam həll edir. Artıq istifadəçilər eyni obrazı müxtəlif səhnələrdə, fərqli rakurslarda və müxtəlif mühitlərdə dəyişmədən istifadə edə bilirlər.

Yeni rejimin əsas imkanları:

• Stabil personajlar — eyni qəhrəman müxtəlif generasiyalar boyunca görünüşünü qoruyur;
• Çoxsəhnəli hekayələr — bir personajla fərqli məkan və situasiyalarda ardıcıl kadrlar yaratmaq mümkündür;
• Müxtəlif rakurslar və mühitlər — kamera bucağı, miqyas və fon rahat şəkildə dəyişdirilir;
• Daha kinomatoqrafik nəticələr — görüntülər daha bütöv və peşəkar görünür.

Bundan əvvəl Grok Imagine üçün təqdim edilən Agent Mode beta yeniləməsi sistemi sadə şəkil generatorundan tam funksional “yaradıcı agent”ə çevirmişdi. İstifadəçilər artıq sonsuz “canvas” üzərində fasiləsiz şəkildə işləyə, ideyalarını real vaxtda inkişaf etdirə bilirlər.

Son aylarda Grok Imagine ard-arda bir neçə böyük yenilik əldə edib. Sistem artıq şəkilləri animasiya etməyi, onları bir səhnədə birləşdirməyi və hətta videoları “ağıllı” şəkildə davam etdirməyi bacarır.

Bundan əlavə, Elon Musk şirkətin Grok 4.3 yeniləməsini də təqdim edib. Burada əsas diqqət praktik iş alətlərinə yönəlib. xAI həmçinin Grok Speech to Text (STT) API-sini də ictimai istifadəyə açıb.

Xatırladaq ki, Grok Imagine hələ aprel ayında qısa prompt əsasında realistik və kinomatoqrafik videolar yaratmağı öyrənmişdi. İndi isə bu texnologiya artıq bir çox istifadəçinin iPhone cihazında əlçatandır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,770ФанатыМне нравится
1,010ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -