ДомойAI / MLApple Mac kompüterlərini idarə edə bilən öz süni intellekt agentini hazırlayır

Apple Mac kompüterlərini idarə edə bilən öz süni intellekt agentini hazırlayır

Apple istifadəçilərin əvəzinə kompüterdə müxtəlif işləri yerinə yetirə bilən öz süni intellekt agenti üzərində işləyir. Bu agent proqramlardan istifadə etmək, internetdə axtarış aparmaq, əmrləri icra etmək və hətta kod yazıb səhvləri düzəltmək qabiliyyətinə malik ola bilər.

Bloomberg-in məlumatına görə, Apple bu yaxınlarda belə bir layihəyə rəhbərlik edəcək baş mühəndislik meneceri vəzifəsi üçün vakansiya elan edib. Elanında şirkət kompüterdən bacarıqlı insan kimi istifadə edə bilən süni intellekt agenti yaratmaq istədiyini bildirib.

Vakansiya təsvirində qeyd olunur ki, agent internetdə gəzə, müxtəlif tətbiqlərlə işləyə, əmrləri yerinə yetirə, proqram kodu yaza və səhvləri aradan qaldıra, həmçinin müxtəlif xidmətlərdən istifadə edə bilməlidir. Sistem hər tapşırıq üçün uyğun aləti özü seçməli və bütün bunları Apple istifadəçilərinin gözlədiyi məxfilik və keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirməlidir. Bundan əlavə, agent müxtəlif alətlər arasında rahat keçid etməli, brauzerlər, tətbiqlər, komanda sətri, kod və API-lərlə əlaqəli çoxmərhələli tapşırıqları yerinə yetirməlidir.

Son bir ildə kompüterdə istifadəçi əvəzinə işləyə bilən süni intellekt agentləri texnologiya sektorunun ən diqqətçəkən istiqamətlərindən birinə çevrilib. Anthropic və OpenAI kimi şirkətlər artıq bu sahədə öz həllərini təqdim ediblər. Bu yaxınlarda Muse agentlər xəttini istifadəyə verən Meta da həmin istiqamətdə fəaliyyətini genişləndirir. Apple-ın da süni intellekt imkanlarını artırmaq planları fonunda bu yarışa qoşulması təəccüblü deyil.

Maraqlıdır ki, Apple öz AI agentini hazırlamaqla yanaşı, üçüncü tərəf şirkətlərin yaratdığı agentlərin Mac kompüterləri üzərində tam nəzarət əldə etməsini də çətinləşdirir.

Bloomberg-in məlumatına əsasən, Apple yeni xidməti gələn ilin sonlarında təqdim etməyi nəzərdən keçirib. Bununla belə, şirkətin öz süni intellekt agenti üzərində işi hələ ilkin mərhələdədir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,684ФанатыМне нравится
1,006ЧитателиЧитать
3,086ЧитателиЧитать
717ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -