spot_img
10 октября, 2025
spot_img
ДомойТелекомСобытия“AzInTelecom” Astanada “Digital Bridge 2025” forumunda iştirak edib

“AzInTelecom” Astanada “Digital Bridge 2025” forumunda iştirak edib

“AzInTelecom” MMC Qazaxıstanın paytaxtı Astanada keçirilən “Digital Bridge 2025” forumunda iştirak edib.

3 gün davam edən forum ərazisində “AzInTelecom”a məxsus interaktiv stend qurulub, stenddə forum iştirakçılarına şirkətin rəqəmsal məhsul və xidmətləri barəsində ətraflı məlumat verilib.

“AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev panel diskussiyalarda çıxış edərək, süni intellektin bizneslərə təsirindən danışıb, şirkətin təqdim etdiyi xidmətlərin ölkənin rəqəmsal transformasiyasına verdiyi töhfələrdən söz açıb. O vurğulayıb ki, “bulud” və biometrik texnologiyada süni intellekt modellərinin tətbiqi hər iki sahənin innovasiyasına, bizneslərin və dövlət xidmətlərinin çevikliyinin artırılmasına şərait yaradacaq.

Tədbir zamanı AzInTelecom-un nümayəndə heyəti bir sıra beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Həmçinin Microsoft, VK Tech, Türkiyə Xidmət İxracatçıları Birliyinin rəhbər şəxsləri ilə görüşlər keçirilərək rəqəmsallaşma sahəsində fikir mübadiləsi aparılıb. Ümumilikdə forum Beynəlxalq Süni İntellekt Mərkəzinin açılışı, startap yarışmaları, panel müzakirələr, texnosərgilər, mükafatlandırma mərasimi və tematik müzakirələrlə yadda qalıb.

Qeyd edək ki, “AzInTelecom”un bu forumdakı iştirakı Azərbaycanın texnologiya sektorunun regional miqyasda tanıdılması və yeni tərəfdaşlıqların qurulmasına xidmət edir.

“AzInTelecom” haqqında

AZCON Holding  şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir texnologiyaları təqdim etməklə iş dünyasında innovasiyalara liderlik edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,869ФанатыМне нравится
1,023ЧитателиЧитать
3,086ЧитателиЧитать
716ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -