spot_img
28 апреля, 2025
spot_img
ДомойТелекомСобытияSQL üzrə ikinci Hackathon keçirildi

SQL üzrə ikinci Hackathon keçirildi

2025-ci ilin aprelin 27-də SQL üzrə ikinci Hackathon keçirildi. Yarış Əhmədlidə yeni açılmış İT mərkəzi olan TechBridge Akademiyasında baş tutdu. Yarışda 12 komanda iştirak edirdi. Təşkilatçılığı SQL.az həyata keçirirdi. Tədbirin baş sponsoru “Rabitə Bank”, informasiya dəstəyi isə “Infocity” jurnalı tərəfindən təmin olunurdu.

Yarış bundan 2 il əvvəl keçirilmişdi və keçən yarışda olduğu kimi bu tədbirə də böyük maraq var idi. Bu səbəbdən SQL.az komandası qısa müddət ərzində iştirakçı komandaları formalaşdıra bildi. İştirak etmək istəyənlər çox olsa da, yalnız yoxlamadan keçən şəxslər qeydiyyata alındı. Çünki məqsəd yarışda iştirak edən komandaların səviyyəsinin nisbətən eyni olmasını təmin etmək idi. Beləliklə, böyük təcrübəyə sahib olanlar yarışda iştirak edə bilmədilər. Yarışa yalnız 2 ilə qədər təcrübəyə malik olan iştirakçılar dəvət olundu.

Yarış 27 Aprel tarixində saat 09:30-da başladı. Demək olar ki, bütün iştirakçılar vaxtında gələrək “TechBridge” Akademiyanın konfrans zalında toplandılar. İlk olaraq açılış nitqi ilə TechBridge Akademiyanın direktoru Çinara xanım iştirakçıları salamladı. Daha sonra PhD Ramin Səmədov yarışın qaydaları ilə iştirakçıları tanış etdi. Növbəti çıxışda isə PhD Samir Səmədov SQL.az-ın tarixçəsi və yarışın dürüst, açıq mübarizə prinsipi əsasında keçirilməsi barədə məlumat verdi.

Yarış 3 mərhələdən və 1 test sualları bölümündən ibarət idi. Son turda “DataCrafter” komandası 2 xal fərqi ilə bütün rəqiblərini üstələyirdi. Lakin üçüncü mərhələdəki bir suala “null” şərtini yazmadıqları üçün 5 xal itirdilər və nəticədə yarışı 4-cü yerdə başa vurdular.

Qalib komanda isə “651” adında komanda oldu, bu komanda Səbinə Haqverdiyeva və Elmira Bəkirovadan ibarət idi. Hər iki xanım eyni qrupda Universitetdə oxuduğu üçün həmin qrupun nömrəsini komanda adı olaraq istifadə etmişdilər. Onu qeyd etmək lazımdır ki, qalib olan komandanın üzvləri “Express Bank”da və “GNİ software” şirkətində çalışırlar.

İkinci yeri tutan komanda “BAS United” oldu. Onlar “651” komandası ilə eyni xal toplasalar da, daha çox vaxt istifadə etdiklərinə görə ikinci yeri tutdular. Komandada Elcan Məmmədov və Yunsur Bayramov yer alırdı. Hər iki iştirakçı “Azərikard” şirkətində çalışır.

Üçüncü yeri “Defender” komandası tutdu. Onlar cəmi 3 xal az topladılar və ani diqqətsizlik səbəbilə iki sualda — INNER JOIN və LEFT JOIN — birinci yeri əldə edə bilmədilər. Bu komanda Rasim Həşimov və Mayıl Əzməmmədovdan ibarət idi.

Əlavə olaraq, yalnız tələbələrdən ibarət komandalar da çox gözəl nəticələr göstərdilər. Ümumilikdə, ilk Hackathondan fərqli olaraq, ikinci Hackathonda komandalar daha yüksək ballar toplaya bildilər. Bunun əsas səbəblərindən biri kimi yarış zamanı AI və ChatGPT istifadəsinə icazə verilməsini göstərmək olar.

Təşkilatçı olaraq bu cür yarışın keçirilməsində sponsorluq edən “Rabitə Bank”a və informasiya dəstəyinə görə “Infocity”-yə dərin minnətdarlığımızı bildiririk.

Növbəti yarışlarda görüşmək ümidi ilə! SQL.az-ı izləməyi unutmayın.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,948ФанатыМне нравится
1,024ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -