Samsung şirkəti proqram təminatı yeniləmələrinə son qoyaraq səkkiz Galaxy modelini rəsmi olaraq köhnəlmiş hesab etdi. Bu o deməkdir ki, həmin cihazlar artıq təhlükəsizlik yeniləmələri və yeni funksiyalar almayacaq. İstifadəçilər üçün bu modellərin istifadəsi riskli ola bilər, çünki onlar kibertəhlükələrə qarşı müdafiəsiz qalacaqlar.
Samsung bəzi flaqman modellərinə 8 il dəstək verəcəyini açıqladı, amma hamıya bu şans qismət olmadı.
Yaxın vaxtlarda Samsung bəzi yeni flaqman modellərinin proqram təminatı və təhlükəsizlik yeniləmələri üçün dəstək müddətini 8 ilə qədər uzadıb. Lakin bu yenilik bütün cihazlara aid deyil. Son günlərdə şirkət keçmiş illərin səkkiz Galaxy smartfonunu dəstək siyahısından çıxarıb. Bu o deməkdir ki, həmin modellərin sahibləri artıq təhlükəsizlik yeniləmələri də daxil olmaqla heç bir proqram təminatı dəyişikliyi gözləməməlidirlər.Samsung-un rəsmi saytında yenilənmiş siyahıya əsasən, artıq Galaxy S20, S20+ və S20 Ultra modelləri dəstək siyahısından çıxarılıb. Yaxın vaxtlarda Galaxy S20 FE də bu siyahıya qoşulacaq – bu model əsas S20 seriyasından bir qədər gec təqdim olunduğuna görə hələlik dəstək siyahısında qalır.