OPPO, yaxın vaxtlarda təqdim ediləcək orta seqmentli K13 smartfonunun əsas xüsusiyyətlərini rəsmi şəkildə bölüşüb. Yeni model 6.67 düymlük AMOLED ekranla təchiz olunacaq. Ekranın yeniləmə tezliyi 120 Hz, maksimum parlaqlığı isə 1200 nit olacaq ki, bu da günəş altında belə yaxşı görünüş təmin edir.
Smartfonun performansına Qualcomm Snapdragon 6 Gen 4 prosessoru cavabdehdir. Ona 8 GB LPDDR4X operativ yaddaş və 256 GB UFS 3.1 daxili yaddaş dəstək verir. Sınaq nəticələrinə görə, AnTuTu testində OPPO K13 təxminən 790 000 bal toplayıb, bu da cihazın orta seqment üçün kifayət qədər güclü olduğunu göstərir.
Əlavə olaraq, yenilikdə daha yaxşı soyutma üçün 5700 mm²-lik buxarlanma kamerası və 6000 mm² ölçülü qrafit lövhə olacaq. Cihaz 50 MP əsas kamera (OIS dəstəyi ilə), stereo dinamiklər, İQ portu, barmaq izi skaneri, IP65 standartına uyğun qorunma ilə təchiz olunacaq. Onun çəkisi 208 qram, qalınlığı isə 8.45 mm olacaq. İki rəng variantı təqdim olunacaq — bənövşəyi və qara. Yeni modelin təqdimatı 21 aprel tarixində baş tutacaq və təxmini satış qiyməti 230 dollardan aşağı olacaq.