spot_img
20 апреля, 2025
ДомойТехнологииСмартфоныİlk qatlanan iPhone-un qiyməti Galaxy Z Fold-dan çox da baha olmayacaq

İlk qatlanan iPhone-un qiyməti Galaxy Z Fold-dan çox da baha olmayacaq

Instant Digital ləqəbli insayderin məlumatına görə, Apple-ın gələcəkdə təqdim edəcəyi qatlanan iPhone-un qiyməti 2100–2300 dollar arasında olacaq. Bu da Samsung-un qatlanan modellərindən “çox da baha deyil”. Məsələn, 512 GB yaddaşa sahib Galaxy Z Fold6 modelinin qiyməti 2019 dollardır. Qeyd edək ki, əvvəlki yayılan məlumatlarda cihazın qiyməti 2000–2500 dollar aralığında göstərilirdi.

Gözlənilir ki, Apple-ın qatlanan smartfonu üfüqi formada açılıb-bağlanan bir qurğu olacaq. Daxili ekranın diaqonalı 7,76 düym, xarici ekran isə 5,49 düym ölçüsündə olacaq. Cihazda Touch ID sensoru da yer alacaq. Qatlanmış vəziyyətdə qalınlığı 9–9,5 mm, açılmış halda isə 4,5–4,8 mm olacaq.

Smartfonun təqdimatı 2025-ci ilin üçüncü rübünə planlaşdırılır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,950ФанатыМне нравится
1,025ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -