Getdikcə daha çox istifadəçi masaüstü kompüterləri və ya konsolları əvəz etmək üçün geymer noutbuklarına üz tutur. Artıq 6 ildir ki, Republic of Gamers xəttinin ən qabaqcıl qurğuları statusunu məhz ASUS ROG Strix noutbukları seriyası qoruyub saxlayır, ASUS ROG Strix SCAR 18 2025 modeli isə oyun savaşlarına inanılmaz həyacan qataraq, təcrübənizi möhtəşəm edəcək!
2025-ci ilin ASUS ROG Strix SCAR modeli
ASUS-un ROG xətti çərçivəsində təqdim etdiyi hər bir məhsul, geymerləri hazırda mövcud olan ən öncül imkanlarla təmin etmək üçün nəzərdə tutulub. Lakin hətta ROG daxilində, xüsusiyyətləri bütün mövcud analoqları üstələyən bir seriya var. Strix noutbukları ən sürətli mərkəzi prosessorları və ən son qrafik prosessorları təklif edir, eyni zamanda yüksək yeniləmə sürəti və ən tez cavablama müddətinə malik ekranlarla təchiz edilib.
Bundan əlavə, aktual modellər texnoloji aparat içliyinin potensialını üzə çıxarmağa imkan verən tamamilə yeni soyutma sistemi ilə təmin olunub. 2025 xətti hər zövqə uyğun bir neçə modeli özündə birləşdirir. Beləliklə hər istifadəçi yüksək səviyyəli geyminq üçün mükəmməl qurğu seçə bilər. Yeni ROG Strix 2025 modelləri sırasına yeni şassiyə, NVIDIA GeForce RTX 5090-a qədər qrafik kartı olan Core Ultra 9 275HX-ə qədər müasir Intel prosessorları, eləcə də Nebula HDR mini işıq diodlu top matrisli yüksək seqmentli Strix SCAR 18/16 (G835 və G635) noutbukları daxildir
Yeni heyrətamiz dizayn
2025-ci il ROG Strix SCAR 18 Intel prosessoru üzərində bazalanan noutbuk tamamilə yeni korpusa malikdir. Qapaq və şarnir arasındakı minimal boşluq noutbuka yarış avtomobilinin zərifliyini, korpusun altındakı havalandırma çıxışları isə sürətli axın hissini bəxş edir. 2018-ci ildən etibarən, ROG Strix noutbuklarını digərlərindən fərqləndirən xüsusiyyəti, korpusun aşağı hissəsi boyunca quraşdırılmış alt işıqdır. Bu ilə aid olan noutbuk modellərinin korpusun bütün perimetri üzrə quraşdırılmış altişıqlandırma, cihazı yumşaq, bərabər parıltı ilə əhatə edir və noutbukun masanın səthindən yuxarıda, sanki havada üzməsi illüziyasını yaradır. Həmçinin unikal AniMe Vision altişığı yarandı.
Bu innivativ texnologiya 810 işıq diodundan və notbukun qapağında yerləşdirilmiş minlərlə miniatür delikdən ibarətdir. Bu xüsusiyyətlər unikal işıq effektləri yaratmağa imkan verir. Bununla belə klassik ROG loqosu üçün yetərincə sahə buraxılıb. Daha ciddi tərz xoşlayanlar üçün nəzərdə tutulan funksiya ilə alt işıqları söndürməklə, loqonun altında noutbuka əsl premium keyfiyyət görüntüsü verən qara xromlu səth yaratmaq mümkündür.
Intel prosessorlarına əsaslanan ROG Strix seriyasına aid yeni noutbukların bütün girişləri qurğunun gövdəsi boyunca çox rahat şəkildə yerləşdirilib. Qeyd etmək lazımdır ki, 2025-ci il Strix SCAR modelləri Thunderbolt 5, HDMI 2.1 ayrıca girişi, 2.5G Ethernet və üç ədəd USB Type-A girişi də daxil olmaqla önəmli portlar toplusuna malikdir. Bu dəst və yerləşmə, noutbuku asanlıqla oyun ekosisteminə inteqrasiya etməyə imkan verir.
Yeni soyutma sistemi
2025-ci il ROG Strix SCAR noutbuklarında tamamilə yeni soyutma sistemi tətbiq olunub. Buxarlanma kamerasının forması ana platanın ölçülərinə maksimum uyğun gəlir. Bundan əlavə, onun ölçüsü artırılıb və artıq radiatorun iki — yuxarı və aşağı bölməsi arasında yerləşərək, korpusun arxa panelinə qədər uzanır. Bu konstruksiya sahəyə qənaət etməklə yanaşı, həm də arxa panelin eni üzrə havalandırma kanalı, mərkəzi və qrafik prosessorlar üçün maye metal termal interfeysinin istifadəsi və korpusun daxilində tam düşünülmüş hava qəbulu sistemi sayəsində istilik yayılmasının səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.
Artıq sərin hava yan və alt panellər, eləcə də uzun oyun seansları zamanı əlləriniz üçün rahatlığı təmin edən klaviatura göyərtəsi vasitəsilə şassiyə daxil olur. Bu, sistemin ümumi istilik paketinin gücünü 255 Vt-a çatdırmağa imkan verdi. Eyni zamanda, yeni noutbuklar əvvəlki nəsil modellərə nisbətən daha sakit işləyir, xüsusən Turbo performans rejimində. Quraşdırılmış filtrlər sistemə daxil olan tozun miqdarını minimuma endirir, noutbukun ömrünü və ona qulluq tezliyini artırır.
Soyuq hava axını korpusun içərisinə artıq yan və aşağı panellərdən, habelə keyboard panelindən daxil olduğundan, uzunmüddətli oyun sessiyalarında əllərin rahatlığı təmin olunur. Bu imkan sayəsində ümumi termopaketin gücü 255Vt-a qədər artırılıb. Bununla belə, hətta turbo rejimdə belə, yeni noutbuklar əvvəlki modellərə nisbətən daha sakit işləyir. Quraşdırılmış funksiyalar tozun sistemə hopmasını minimallaşdırdığından, noutbukun ömrü uzanır, servisə müraciət isə daha az tələb olunur.
Upgrade üçün inanılmaz imkanlar
Yeni ASUS ROG Strix SCAR 18 daha bir önəmli təkmilləşdirməyə sahiblənib. Bu yenilik geymer noutbukları bazarını əsaslı şəkildə dəyişə bilər. O, sistemi təkmilləşdirməyi asanlaşdıran tamamilə vintsiz alt paneldən istifadə edir. Bütün alt paneli asanlıqla çıxararaq, SSD və RAM yuvalarına giriş əldə etmək üçün istifadəçi sadəcə bir qolu sürüşdürməli və aşağıya doğru çəkməlidir. PCIe 4.0 NVMe M.2 SSD yuvaları xüsusi Q-latch rəzəsi ilə təchiz edilib. Rəzə, ilk dəfə ROG ana platalarında tətbiq olunub. Onun sayəsində ana platanı alətsiz quraşdırmaq mümkündür.
Yeni vintsiz konstruksiya oyun noutbukları ilə güclü masaüstü kompüterlər arasındakı sərhəddi yox edir. O, hətta əvvəllər noutbuku sökməkdən qorxan təcrübəsiz istifadəçilərə də sistemin əsas komponentlərinə asanlıqla daxil olmağa imkanı verir.
Girintili xüsusi qoruyucu lövhə sistemin digər elementlərini zədələnməkdən qorumaqla yanaşı, həm də upgrade modullarının yerləşməsini aydın şəkildə göstərir. Qabaqcıl istifadəçilər, istəyə görə ana plataya girişi tam açmaq üçün sadəcə bir neçə vinti çıxara və bu lövhəni kənarlaşdıra bilərlər. Beləliklə bu noutbuklar komponentlərin yenilənməsi və sistemin təmizlənməsi sahəsində ROG-un ən rahat noutbuklarına çevrilib.
ROG Nebula HDR displeyi
Mini-işıq diodlu alt işıqlandırma və ACR texnologiyalı ROG Nebula HDR displeyi də xüsusi diqqətə layiqdir. Yeni ikiqatlı ACR təbəqəsinin əks etdirməni 55% azaldır, kontrastı 4,5 dəfə artırır, təsvirlərin parlaq və canlı qalmasına imkan verir. Ekranın icazəsi 2.5K, yeniləmə tezliyi isə 240Hz-dir. Yüksək piksel sıxlığı sayəsində 2,5K icazəli displey inanılmaz təfərrüatlı təsvirlər təqdim etməklə yanaşı, həm də ən dinamik oyunlarda belə əla qrafikanın ən yüksək keyfiyyətini təmin edir.
Samsung və NVIDIA şirkətlərinin əməkdaşlığı sayəsində displey mükəmməl oyun xüsusiyyətləri və G-SYNC texnologiyası ilə təchiz edilib və kadr sürəti qısamüddətli azalsa belə, hərəkət edən obyektlərin inanılmaz aydınlığı təmin edilir.
Əlavə olaraq, ekran 16:10 ölçü nisbətinə və Pantone Validated sertifikatına malikdir, 2000-dən çox qaralma sahəsinə malikdir. 3 ms cavablama müddəti artefakt yoxluğuna və hər kadrda oyun kontentinin yüksək dəqiqliyinə dəlalət edir. Dolby Vision texnologiyasının dəstəyi mövcud olduğundan, rəng temperaturunu tənzimləmək istəyən istifadəçilər bunu müstəqil şəkildə edə bilərlər.
Ən yüksək məhsuldarlıq
Yuxarıda qeyd etdiyimiz kimi, ASUS ROG xəttinin flaqman modelləri olan Strix SCAR noutbukları inanılmaz yüksək mıhsuldarlıq nümayiş etdirir. 2025-ci il modelləri, noutbuklar üçün nəzərdə tutulan son nəsil 50-ci seriya NVIDIA GeForce RTX videokartları ilə təchiz ediliblər. Bu qrafik sürətləndiriciləri ən tələbkar oyunlarda belə fantastik səviyyəli məhsuldarlıq təmin edir. DLSS 4 və kadr generasiyası kimi əsas texnologiyalar müasir qrafikanın keyfiyyəti itirmədən şüa izləmə kimi imkanlarından zövq almağa şərait yaradır.
Statistikaya əsasən, oyun və yaradıcılıq üçün nəzərdə tutulan noutbuklar orta hesabla bir neçə ildə bir dəfə yenilənir. Buna görə də geymerlərin və kontent yaradıcılarının əksəriyyəti hələ də RTX 30 seriyalı və ya əvvəlki nəsil qrafik kartları olan noutbuklardan istifadə edirlər. GeForce RTX 50 seriyalı videokartlar üzərindən işləyən yeni noutbuklar məhsuldarlıq və avtonom iş sahəsində ciddi sıçrayış təmin edərək, milyonlarla geymer və yaradıcılara noutbuk istifadəsində yüksək səviyyəli imkanlar təklif edir. Belə ki, noutbuklar üçün DLSS istifadə etmədən, GeForce RTX 50, RTX 30-la işləyən noutbuklarla müqayisədə iki dəfəyə qədər daha yüksək göstəricilərı nümayiş etdirir. DLSS 4-ün istifadəsi ilə RTX 5090-dakı noutbukların məhsuldarlığı isə RTX 3080-lə çaqlışan köhnə modellərlə müqayisədə altı dəfəyə qədər yüksəlir və ən son oyunlarda tələb olunan rahatlıq səviyyəsini təmin edir.
Hətta yeni imkanları nəzərə almasaq, RTX 50 seriyalı kartlarla 3D-renderinq və generativ süni intellektlə iş 2 dəfə tez, redaktə və videonun işlənməsi 1,5 dəfə daha sürətli icra olunur. Bütün bunlar keyfiyyətli kontentin daha səmərəli və daha tez yaradılması üçün yeni imkanlar açır. RTX 50 videokartları ilə işləyən noutbuklar daha geniş avtonom iş qabiliyyətinə malik olduğundan, akumulyatoru doldurmadan oyun və yaradıcılıqla 40% daha uzun müddət məşğul olmaq mümkündür. Noutbuklarda tətbiq olunan 50-ci seriya NVIDIA GeForce RTX videokartları məhsuldarlıq və mobillik sahəsində tamamilə yeni, daha öncə qeyri-real görünən imkanlar səviyyəsini müəyyən edir.
ROG Strix SCAR 18 2025 -in konfiqurasiyasına 80 Vt-a qədər Intel Core Ultra 9 275HX prosessoru və 175 Vt-a qədər termopaketi olan noutbuklar üçün nəzərdə tutulan NVIDIA GeForce RTX 5090 videokartını, habelə PCIe Gen4 rejimində çalışan sürətli sərt yaddaş doldurucusunu və 5600 MGh tezlikli və 64 gb-a qədər öncül DDR 5 operativ yaddaşını özündə birləşdirir.
Operating Mode | Silent | Performance | Turbo | Manual |
PL1 | 65W | 90W | 135W | 140W |
PL2 | 100W | 120W | 175W | 175W |
dBA | 35 | 42 | 45-47 | Full |
CPU+GPU (P95+Furmark) | 30+55 | 45+150 | 55+175 | 80+175 |
ROG Strix SCAR — istənilən virtual savaşda ciddi üstünlük!
ASUS ROG Strix SCAR 18 və 16 noutbukları — Bu, ən müasir avadanlıqlara, yüksək səmərəli soyutma sisteminə və premium dizayna ağıllı sərmayədir. AniMe Vision matris displeyi, yenilənmiş RGB alt işıqlanması, sərbəst şəkildə və alətsiz upgrade reallaşdırmağa imkan verən davamlı korpus sayəsində Strix SCAR flaqman geymer noutbukları üçün yeni standart müəyyən edir. Əgər siz də oyun noutbuku almağı düşünürsünüzsə, bu cihaz sizə virtual rəqiblərinizi üstələməyə imkan verəcək, eyni zamanda növbəti bir neçə ildə ən sərfəli investisiyaya çevriləcək
ASUS Perfect Warranty
Həmçinin qeyd etmək lazımdır ki, ASUS şirkəti qurğu sahiblərinə istehsalçının standart zəmanətində qeyd olunmayan zədələrdən qoruyan ASUS Perfect Warranty proqramını təklif edir. Proqram 2025-ci il yanvarın 1-dən sonra alınmış ASUS, ROG və TUF noutbuklarına aiddir. Perfect Warranty təsadüfi düşmə, maye axıntısı, gərginlik sıçrayışları və fiziki zədələrdən qorunmanı təmin edir. ASUS Perfect Warranty proqramından yararlanmaq üçün istifadəçilər noutbuku aldıqdan sonra 90 gün ərzində ASUS hesabı yaratmalı və noutbuklarını qeydiyyatdan keçirməlidirlər.