MyDrivers portalında məlumat yayılıb ki, simsiz şarjRedmi K70 qadcetlərində “ləğv edildikdən” sonra K80 seriyalı smartfonlarda görünə bilər. Əsas model 50 Vt şarj gücü, “pro” modeli isə 80 Vt gücü ilə təchiz olunmalıdır.
Bundan əlavə, məlumdur ki, batareyanın tutumu çox güman ki, 6000 mAh olacaq və akkumulyator silikon-karbon texnologiyası ilə hazırlana bilər. Daha əvvəl 2K ekranın və Snapdragon 8 Extreme Edition və ya Snapdragon 8 Elite kimi tanınan Qualcomm Snapdragon 8 Gen 4 prosessorunun olması haqqında da məlumatlar ortaya çıxmışdı.