spot_img
4 мая, 2024
ДомойИнтервью«Yoxla» xidməti əmlak axtarışında necə yardım edir

«Yoxla» xidməti əmlak axtarışında necə yardım edir

Bu gün mükəmməl mənzil tapmaq yetərincə qəliz məsələdir. Müvafiq saytlarda satış və kirayə elanları bol olsa da bu, təəssüf ki, axtarış prosesini heç də asanlaşdırmır. Bəs axtarış sorğusunu maksimum qısaldaraq, əlçatan elanlar labirintində itib batmamaq üçün nə etmək lazımdır? Bu və digər sualların cavabını, German Zvonçukun rəhbərlik etdiyi qrup tərəfindən yaradılan Yoxla tətbiqi verir.

— Bu cür tətbiqin yaradılması ideyası necə ağılınıza gəldi?

— Hər şey özümüzə aid daşınmaz əmlak elanları saytını yaratmaq niyyəti ilə başladı. Bu ideyanın həyata keçirilməsi mənim Sumqayıtdan Bakıya köçməyimlə üst-üstə düşdü. Paytaxtda mənzil axtarmağa başlayanda məlum oldu ki, heç bir elan saytı müqayisəli xarakteristikalar vermir. O zaman bu prosesin nə qədər çətin olduğunu başa düşdüm. Mənzilin qiymətinin real və ya həddindən artıq yüksək olması, yerləşdiyi ərazinin rahatlığı, yaxınlıqda olan uşaq bağçası və məktəblər haqqında dəqiq məlumatlar təqdim etməyən saytlar məni qane etmirdi.

Nəticədə, özündə uşaq bağçalarının, məktəblərin, metro stansiyalarının, avtobus dayanacaqlarının, parkların yaşayış yeri ilə arasındakı məsafə barədə məlumatları əks etdirən proqram yaratmaq ideyası ortaya çıxdı. Hazırda ərsəyə gətirdiyimiz məhsul sizə daşınmaz əmlakla bağlı ən geniş məlumat çeşidini təqdim edir. Xəritəyə keçərək, siz evinizə yaxın bütün sözügedən obyektləri ətraflı şəkildə görə bilərsiniz.

— Bunun üçün hansı geolokasiya xidmətindən yararlanırsız?

— Xarici geolokasiya xidmətlərindən istifadə edərkən, biz məlumatların düzgünlüyü problemi ilə qarşılaşdıq. Məsələn, eyni məkan xəritədə bir neçə dəfə müxtəlif adlarla qeyd oluna bilər. Belə bir vəziyyətdə yerli xəritə xidməti köməyimizə gəldi və daha dəqiq məlumatlar əsasında funksionallığı həyata keçirməyə yardım etdi.

— Daşınmaz əmlak bazarında təqdim olunan oxşar təkliflərdən «Yoxla Azərbaycan» nə ilə fərqlənir?

— Xarici bazarlarla müqayisədə yerli bazarda müxtəlif daşınmaz əmlak xidmətləri təklif edən bir neçə iştirakçısı olduğundan bizim əmlak bazarı kifayət qədər açıq və sərbəstdir. Şübhəsiz, bizdə də maraqlı həllər var, amma təəssüf ki, (ya da xoşbəxtlikdən, kim bilir) bu məhsullar bizim layihənin həll etdiyi problemlərə uyğun gəlmir.

Biz bütün daşınmaz əmlak bazarına «quş uçuşu yüksəkliyindən» baxmaq imkanını təqdim edirik. Bu da sizə təkcə bir resursda deyil, həmçinin, onlarla digər resurslarda yerləşdirilən elanları dəyərləndirməyə imkan verir. Bundan əlavə, «Yoxla» eyni mənzil üçün zamanla qiymət dəyişikliklərini qiymətləndirmək imkanı kimi analitik və intellektual alətlər təqdim edir. Lakin bizim əsas üstünlüyümüz bu sahədə dünya təcrübəsinin hərtərəfli öyrənilməsinə əsaslanaraq yaradılmış mobil tətbiqlərdir.

Yaxın gələcəkdə biz tətbiqdə maliyyə alətlərindən, məsələn, əmək haqqınıza və konkret bankın təklifinə uyğun olaraq ilkin ödənişi və aylıq ödənişləri hesablamağa imkan verən ipoteka kalkulyatorundan istifadə etməyə başlamağı planlaşdırırıq. Bununla əlaqədar qeyd etmək istərdim ki, biz Azərbaycan bankları ilə bu sahədə əməkdaşlığa açığıq. Həmçinin «Yoxla»da bütün MTK-ların siyahısından ibarət bölmə yaradılıb və həmin bölmə mütəmadi təkmilləşdirilir. Ümid edirəm ki, «Yoxla» ilə əməkdaşlıq etmək imkanı MTK-ları da maraqlandıracaq. Ümid edirəm ki, «Yoxla» ilə əməkdaşlıq etmək imkanı onları da maraqlandıracaq. Bu, həm də proqram istifadəçilərinə mənzillərin planına və onların dəqiq istifadəyə verilmə vaxtı kimi bir sıra təfərrüat daxil olmaqla, ilkin mənbədən daha aktual məlumatları əldə etməyə imkan verəcək.

— Oxşar imkanları veb saytınızda inkişaf etdirmək əvəzinə niyə daşınmaz əmlak elanlarına həsr olunmuş mobil tətbiq yaratmağı seçdiniz?

— Qlobal statistika ilə yanaşı son illərin Azərbaycan üzrə statistikası göstərir ki, internet istifadəçilərinin təxminən 80%-i mobil istifadəçilərdir. «Yoxla»nın əsas məqsədi məlumatlara rahat girişi təmin etmək olduğundan, biz iOS və Android platformaları üçün mobil tətbiqlərə üstünlük vermək qərarına gəldik. Əlavə olaraq, tətbiqimiz sayt üzərindən həyata keçirilməsi daha çətin olan abunələr yaratmaq imkanı təklif edir. Məsələn, axtarış kriteriyalarınıza uyğun gələn elan hər hansı bir saytda dərc edildikdə, «Yoxla»dan bildiriş alacaqsınız. Eyni zamanda mobil proqram üzərindən xəritə ilə işləmək daha rahatdır.

— İstifadəçilər üçün tətbiqə elan yerləşdirmək imkanını nəzərdə tutursunuzmu?

— «Yoxla» çərçivəsində biz daşınmaz əmlak məlumatlarının toplanması və analitikası üzrə ixtisaslaşırıq, istifadəçilərimizi ən müasir və tam məlumatla təmin etmək üçün onlarla platformadan siyahılar toplayırıq. Məqsədimiz daşınmaz əmlak seçimlərinin müqayisəli və səmərəli axtarışı, yüksək keyfiyyətli və etibarlı məlumatların əks olunmasını təmin edən alət təklif etməkdir. «Yoxla»nın hazırkı strategiyası bu aspektləri təkmilləşdirməyə yönəlib və məlumatı emal və moderasiya etmək üçün maşın öyrənməsi və süni intellekt daxil olmaqla, qabaqcıl texnologiyalardan istifadəyə köklənib. İlkin olaraq bu, müxtəlif formatlarda təqdim edilsə də diqqətlə işlənmiş və birləşdirilmiş məlumatları dəqiq təhlil və təqdim etməyə imkan verir. Bu cür yanaşma sizə uyğun ev və ya mənzil, hətta sərmayə obyektinin axtarış prosesini sadələşdirərək, daha asan axtarış və müqayisə etmə imkanı yaradır. Əsas diqqətin məlumatların toplanması və emalına yönəldiyinə görə elan yerləşdirmə funksiyası hazırda planlarımıza daxil deyil.

— «Yoxla» birdən çox saytda dəfələrlə dərc edilən və qiymətin mütəmadi dəyişdiyi siyahıları necə idarə edir?

— Tətbiq yalnız elanın ən son və aktual versiyasını deyil, həm də qiymət dəyişiklikləri ilə bütün tarixcəsini əks etdirir. Beləliklə, elanın indiyədək keçdiyi bütün dərcolunma «yolu»nu izləyə bilərsiniz.

— Bəlkə də ən maraqlı sual axtarış meyarları ilə bağlıdır. «Yoxla» neçə meyar əsasında axtarış həyata keçirir?

— Hazırda tətbiqdə mövcud olan meyarların ümumi sayı 50-dən çoxdur. Bunlara əldə etmək istədiyiniz daşınmaz əmlakın yerləşdiyi ərazi və ya küçənin yaxınlığında yerləşən məktəb və ya metro stansiyası, eyni zamanda MTK, əmlakın ilkin və ya ikinci əl olması haqqında və s. məlumatlar daxildir. Daha dərin axtarış isə otaqların sayı, mərtəbə, mənzilin sahəsi, evdə liftin və istilik sisteminin mövcudluluğu, həmçinin parkinq sahəsi kimi meyarları təyin etməyə imkan verir. Bundan əlavə, siz eyni anda qiymət daxil olmaqla bir neçə meyar əsasında axtarış apara bilərsiniz. Kirayə şərtlərinin gündəlik və ya aylıq olması, televizor, kondisioner, internet bağlantısı və bu kimi sair xüsusiyyətlər haqqında məlumatlar əldə etməyə imkan yaradan meyarlar əsasında axtarış aparmaq mümkündür. Siz həmçinin birbaşa xəritədə axtarış edə bilərsiniz ki, bu, çox rahatdır. Daha sonra isə filtrlərdən yararlanaraq lazımi tələbləri təyin edib axtarışı daraltmaq mümkündür.

— Sizcə, «Yoxla»nın hansı funksiyaları tətbiqin əsas üstünlüyü hesab edilə bilər?

— Hazırkı mərhələdə tətbiqimizin üç funksiyası onun əsas üstünlüyü kimi qəbul olunur. Birincisi bu, axtarış meyarlarına əsaslanan abunəliklər yaratmaq imkanıdır. Siz axtarış meyarlarını müəyyənləşdirib, bildirişlərin mümkün tezliyini, məsələn, gündə bir dəfə, hər saat və ya dərhal elan dərc edildikdə kimi seçirsiniz. Yeniləmələrə abunə olsanız, xəbərdarlıq parametrlərini itirməmək üçün sizdən yalnız telefon nömrəniz tələb olunacaq. İkincisi, məlumat bazamız 2020-ci ilin əvvəlindən başlayaraq bütün elan saytlarında yerləşdirilən məlumatları toplayır və emal edir.

Bu isə yaşayış kompleksləri, küçə və ərazilər üzrə toplanan qiymətlərin və dərc olunan elanların tarixçəsidir. 2024-cü ilin əvvəlində biz 3,5 milyondan çox elan haqqında məlumat toplaya bildik. Bu məlumatlardan istifadə edərək proqram real orta bazar qiymətini hesablamaq üçün istifadə olunan ay və ya rüb üzrə qiymət dəyişikliklərinin qrafikini göstərir. Bu da əmlakın satın və ya icarəyə alınması ilə bağlı qərarların qəbul edilməsi prosesini xeyli asanlaşdırır. Üçüncü funksiya isə elan yerləşdirmə tarixçəsinin toplanması və ötürülməsidir. Orta hesabla hər elan 5-10 satış mütəxəssisi tərəfindən 5-10 platformada yerləşdirilir. Bəzən bu, hətta mənzil sahibinin xəbəri olmadan da baş verə bilər. «Yoxla» hər elan üçün qiymət dəyişiklikləri və dərcolunma tarixçəsinə malikdir. Bu, mənzilin satışda olduğu müddəti və qiymətinin necə dəyişdiyini göstərən önəmli məlumatdır.

— İstifadəçilərdən aldığınız ən maraqlı geridönüşlər haqqında danışa bilərsinizmi?

— Ən maraqlı və həvəsləndirici rəylərdən biri «Yoxla» istifadəçilərindən birinin ona ilkin olaraq alqı-satqı mütəxəssisləri (rieltorlar) tərəfindən təklif olunandan daha münasib qiymətə və daha yaxşı mənzil alması haqqında danışdığı hekayə oldu. O, uzun müddətdir alıcı taplımamasına baxmayaraq, bəzi mənzillərin qiymətinin artması tendensiyasını müşahidə edib və bununla bağlı sualını birbaşa əmlak sahibinə yönəltməyə qərar verib. Nəticədə məlum olub ki, maklerlər onu qiymətin olduqca aşağı olduğuna inandırıblar. Amma alıcı ərazidəki oxşar mənzillərin orta qiymətləri haqqında məlumat verərək, satıcını onun əmlakının həddindən artıq yüksək qiymətləndirildiyinə inandıra bilib. Nəticədə o, mənzili bir il əvvəl təklif olunan ilkin satış qiymətinə əldə edib.

Eyni zamanda biz istifadəçilərdən abunəliklərin və ani bildirişlərin onlara mülkiyyət sahibləri ilə ilk əlaqə saxlamağa və dərhal görüş təyin etməyə imkan verdiyi barədə də tez-tez müsbət rəy alırıq. Bu üstünlük istifadəçilərimizə yeni təkliflərə tez cavab vermək imkanı verir ki, bu da uyğun təkliflərə yüksək tələbat şəraitində daşınmaz əmlak bazarının cari dinamikasını nəzərə alaraq, olduqca önəmlidir.

— Yeni bazarlara çıxmaq planınız varmı?

— «Yoxla»nın inkişafının ilkin mərhələsində əsas məqsəd Azərbaycan bazarında fəaliyyətimizi genişləndirmək və xidmətimizi təkmilləşdirməkdir. Ölkədə artan istifadəçi bazası məhsulumuzun tələbatını və effektivliyini təsdiqləyir.

Biz istifadəçi rəylərinə əsaslanaraq «Yoxla»nı təkmilləşdirmək üçün daim çalışırıq. Bu geridönüşlər bizə məhsulun keyfiyyətini artırmağa, gözləntilərə səmərəli şəkildə cavab verməyə və istifadəçilərimizin problemlərini həll etməyə yardım edir. Biz xidməti təkmilləşdirmə ideyalarından tutmuş, tətbiqimizin istifadəçilərə necə kömək etdiyi barədə şəxsi hekayələrə qədər, bütün rəyləri yüksək qiymətləndirir, rəy və təkliflərə həssas yanaşırıq.

Əlavə olaraq biz banklar, tikinti şirkətləri və ölkə daxilində bu cür xidmətin inkişaf etdirilməsində maraqlı olan hər kəslə əməkdaşlığa açığıq. Əməkdaşlıq imkanlarını müzakirə etmək üçün [email protected] elektron poçt üzərindən bizimlə əlaqə saxlayın. Birlikdə biz böyük uğurlar qazanmağa qadirik!

«Yoxla» tətbiqini aşağıdakı keçidlərdən yükləyə bilərsiniz:

Android: https://play.google.com/store/apps/details?id=az.yoxla&hl=en

iOS: https://apps.apple.com/az/app/yox-la-%C9%99mlak-b%C9%99l%C9%99d%C3%A7isi/id1486561930

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -