spot_img
21 ноября, 2024
ДомойТелекомСобытияAzərbaycan Milli Olimpiya Komitəsi və Visa tərəfdaşlıqlarını 2024 ilə uzadırlar

Azərbaycan Milli Olimpiya Komitəsi və Visa tərəfdaşlıqlarını 2024 ilə uzadırlar

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödəmələrdə dünya lideri Visa şirkəti 23 aprel 2024 il tarixində Bakıda birgə mətbuat konfransı keçirərək tərəfdaşlıqlarının 2024 ilə uzadılmasını elan etdilər.

Tədbir zamanı çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Visa-nın Azərbaycan üzrə baş direktoru və regional meneceri Nurlan Hacıyev və batut gimnastikası üzrə MOK Olimpiya komandasının üzvü Selcan Mahsudova üzümüzə gələn Paris Olimpiya Oyunlarında Azərbaycan olimpiyaçılarının iştirakı barədə söhbət açdılar, habelə Azərbaycanda idmanın inkişafını təşviq etmək və idmançılarımızı dəstəkləmək məqsədilə Visa ilə bağlanılmış Sponsorluq Razılaşmasının detallarını açıqladılar.

MOK və Visa 2023 ilə Sponsorluq Razılaşmasını imzaladılar və bu ilin əvvəlində onu 2024 il üçün yenilədilər. Razılaşmaya əsasən, Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Olimpiya komandasının vüqarlı tərəfdaşı kimi, Visa MOK-a maliyyə dəstəyi göstərərək Azərbaycan idmançılarını uğur qazanmaları üçün zəruri imkanlar və resurslarla təmin edəcək, eləcə də il ərzində bütün vacib yarışlar zamanı Azərbaycan olimpiyaçılarını dəstəkləyəcək. 2024 il Paris Olimpiya Oyunları bu yolun ən yüksək nöqtəsi olacaq.

“Dünyada idmanın qlobal tərəfdarı və FIFA Dünya Kuboku, Olimpiya və Paralimpiya Oyunları kimi ən mötəbər idman yarışlarının tərəfdaşı olan Visa şirkətinin Azərbaycanda da məqsədləri dəyişməz qalır: idmanın populyarlaşmasına xidmət etmək və yerli idman istedadlarına ustalıq səviyyələrini artırmağa və zirvələrə nail olmağa kömək etməkdir, – deyərək Visa-nın Azərbaycan üzrə baş direktoru və regional meneceri Nurlan Hacıyev qeyd etdi. – Bu tərəfdaşlığa verdiyi töhfələr üçün Milli Olimpiya Komitəsinə minnətdaram. Əminəm ki, məhsuldar işbirliyimiz Azərbaycan Olimpiya komandasını bu mövsümdə uğurlara daşıyacaq.”

1986 ildən etibarən Visa Olimpiya hərəkatının sadiq tərəfdaşıdır. 2002 ildə isə Visa böyük fəxrlə Beynəlxalq Paralimpiya Komitəsinin ilk qlobal tərəfdaşı olub. Olimpiya Oyunlarının tamaşaçılarına və Oyunların təşkilat komitələrinə ödəmə xidmətləri göstərməklə yanaşı, 2000 ildən etibarən Team Visa proqramı çərçivəsində Visa həmçinin yeni idman istedadlarını dəstəkləyir, yarışlarda və həyatlarında uğur qazanmaları üçün onların sərəncamına zəruri alətlər və resurslar verir. Olimpiya tərəfdaşlığını 2018 ildə yeniləndiyindən sonra, Visa 2032 ilin sonunadək Olimpiya və Paralimpiya Oyunlarının məğrur sponsoru və “Rəsmi ödəmə texnologiyaları tərəfdaşı” olmağa davam edəcək.

“Bu gün Azərbaycan, idmanın və Olimpiya hərəkatının inkişafı, ev sahibliyi etdiyi beynəlxalq yarışlarının keçirilmə səviyyəsi, Olimpiya ideallarına sadiqliyi nəticəsində dünyanın idman mərkəzlərindən birinə çevrilib. Davamlı inkişaf və uğurlarımızda tərəfdaşlarımızın da rolu önəmlidir. Beynəlxalq Olimpiya Komitəsinin qlobal sponsoru Visa şirkəti ilə tərəfdaşlığımızı yeniləməkdən məmnunluq duyuruq. Paris 2024 Olimpiya Oyunlarına tərəfdaşımız olan Visa şirkəti ilə birgə addımlayaraq daha böyük uğurlar qazanacağımıza inanırıq,”Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə söylədi.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -