Insayder Digital Chat Station bildirib ki, Xiaomi 14 Ultra smartfonu 13 Ultra-da mövcud 50 Vt əvəzinə 80 Vt simsiz şarj ilə təchiz olunacaq. Əvvəllər insayderlər qeyd edirdilər ki, flaqman həmçinin Sony LYT900 modulu ilə 50 meqapiksellik əsas kamera, hər tərəfdən 2K təsvir ölçülü əyri ekran, peyk rabitəsi və 5180 mAh batareya əldə edəcək. Kamera blokunun 50 meqapiksel ayırdetmə qabiliyyətinə malik iki periskop modulunun olacağı barədə də təsdiqlənməmiş məlumatlar var.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az